Gündəm

“AtaSığorta” ASC regionlarda filialları açılıb

30 May 2017 13:44

“AtaSığorta” ASC sığorta xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi və ölkənin regionlarında yüksək keyfiyyətli sığorta xidmətlərinin göstərilməsi məqsədi ilə ötən həftə 3 yeni filialının açılışını həyata keçirib.

“Sosial sahibkarlıq” mövzusunda təlim keçirilib

30 May 2017 13:43

“QHT İdarəetmə Akademiyası” (QİDA) proqramı çərçivəsində “Sosial sahibkarlıq” mövzusunda təlim keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Dövlət Universitetinin beynəlxalq təhsil və inkişaf üzrə konsultantı Günay Muxtarova tərəfindən keçirilən təlimdə Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak edib. Təlimdə iştirakçılara sosial sahibkarlıqla bağlı ilkin biliklər verilib. Daha sonra gənclər sosial sektor institutlarının səmərəsizlikdən tərəqqi metodlarına keçmə və mütərəqqi idarəçilik üsulları və digər məlumatlar əldə ediblər. Təlimin sonunda mövzu üzrə iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

Elmar Məmmədyarov Kolumbiyaya səfər edib

30 May 2017 13:42

Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına rəsmi səfərə yola düşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə,səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Kolumbiya Respublikasının xarici işlər naziri Mariya Angela Olgin və digər rəsmi şəxslərlə görüşü, Nazirlər səviyyəsində Azərbaycan Respublikası ilə Kolumbiya Respublikası arasında siyasi məsləhətləşmələrin dördüncü mərhələsinin keçirilməsi və mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması nəzərdə tutulub. Həmçinin səfər əsnasında müxtəlif dövrlərdə yaşayıb-yaratmış Azərbaycan və Kolumbiya şairlərinin yaradıcılığından ibarət “Azərbaycan/Kolumbiya İyirmi şeir” (Azerbaiyán/Colombia Veinte poemas) kitabının təqdimatı keçiriləcəkdir. Xatırladaq ki, 8 iyul 2013-cü ildə Kolumbiyanın xarici işlər naziri Maria Angela Olqinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub.

Lerikdə bazar yanıb

30 May 2017 13:38

Lerik rayonunda mərkəzi bazarın ərazisində bir dam altında tikilmiş, ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 73 m2olan 3 geyim mağazalarının yanar konstruksiyaları yanıb. “Olaylar”ın  FHN-in saytına istinadən verdiyi xəbərə görə, bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 02:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Özünü idman qurğusundan asıb

30 May 2017 13:37

Bakıda məcburi köçkün intihar edib. Məlumata görə, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Zəngilan rayonunda qeydiyyatda olan, 1982-ci il təvəllüdıü İbadov Rafiq Oktyabr oğlu qəsəbə ərazisindəki “Oxatan” məcburi köçkün düşərgəsinin həyətindəki idman qurğusundan özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

Haqqı batildən ayıran Ramazan həm də bərəkət ayıdır

30 May 2017 13:33

Ayların sultanı, ən xeyirlisi kimi izah olunan Ramazan müxtəlif vaxtlarda yaşadığmız 12 ayın hər birində bizə qonaq gəlir. Yaşadığımız ömür payının ən qiymətli 30 günü içərisinə daxil oluruq. Bu zaman kəsiyi insanların mənəvi və fizoloji təmizlik yolçuluğuna çıxdığı məqamdır.

Şərif Ağayar Kulis.az-ın baş redaktoru təyin olunub

30 May 2017 13:32

"APA Holding"ə daxil olan Kulis.az saytına yeni baş redaktor təyin olunub. Yeni baş redaktoru tanınmış yazıçı Şərif Ağayardır. Şərif Ağayar 1976-cı ildə Laçın rayonunda anadan olub. N.Tusi adına ADPU-nun tarix-filologiya fakültəsini bitirib. 90-cı illərdən "Panorama" qəzetində, "Yeni Azərbaycan" qəzetinin "Ədəbiyyat" əlavəsində çalışıb.

Tədris müddətinin uzadılması təhsilin keyfiyyətinə təsir edəcəkmi?

30 May 2017 13:30

Bu günlərdə təhsil sahəsində müzakirə edilən əsas məsələlərdən biri orta məktəblərdə tədris müddətinin yenidən uzadılması ilə bağlı səslənən fikirlərdir. Məlumat üçün bildirək ki, ötən həftə orta məktəblərdə tədris müddətinin daha bir müddət uzadılması barədə təşəbbüslər səsləndirilib. Təklif edilib ki, təhsildə daha yaxşı nəticəyə nail olmaq üçün orta məktəblərdə dərslər sovetlərin zamanında olduğu kimi sentyabrın 1-də başlayaraq, iyunun 15-dək davam etsin. Təbii ki, sözügedən təklif heç də hamı tərəfindən dəstək qazanmayıb. Hətta buna ciddi və əsaslandırılmış şəkildə etiraz edənlər də olub.

Martirosyanın timsalında ermənilər barədə yaradılan mələk obrazı

30 May 2017 13:26

Ermənilərlə dost olmaq arzusunu dilə gətirənlər, düşmən ölkə ilə yaxınlaşaraq müəyyən maddiyat qarşılığında milli maraqları ayaqlar altına atanlara yaxşıca dərs oldu. Belə ki, bir neçə ilə bundan əvvəl Ermənistandan qaçaraq öz ailəsi ilə Azərbaycana təşrif buyuran, bir müddət Azərbaycanın hesabına əsl insan kimi yaşamağı öyrənən erməni hüquq müdafiəçisi və jurnalist Vahan Martirosyan bu günlərdə sosial şəbəkədə bir video paylaşaraq, bütün erməni xalqından üzr istəyib və Azərbaycan haqqında ağır ittihamlar irəli sürüb. Məlumat üçün bildirək ki, hüquq müdafiəçisi və jurnalist Vahan Martirosyan həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə özünün və ailəsinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistandan qaçaraq, Azərbaycandan siyasi sığınacaq istəmişdi.

Azərbaycanın balanslaşdırılmış siyasəti, yaxud Bakı Rusiya - Səudiyyə Ərəbistanı - İran üçbucağında

30 May 2017 13:25

Bir müddət əvvəl Səudiyyə Ərəbistanında keçirilən ərəb-müsəlman-Amerika samiitinin üzərindən bir xeyli vaxt keçsə də, lakin hələ də həmin sammit və orada müzakirə edilən məsələlər ətrafında müzakirələr davam etməkdədir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də həmin sammitə dəvət edilmiş və bu mühüm toplantıya qatılmışdı. Birmənalı olaraq rəsmi Bakının belə bir mühüm sammitdə iştirakı həm yerli, həm də beynəlxalq ekspertlər tərəfindən əhəmiyyətli hesab edilmişdi.

Beynəlxalq bank müflis elan edilə bilərmi?

30 May 2017 13:20

Azərbaycan Beynəlxalq Bankı ətrafında qeyri-müəyyənlik qalmaqdadır. Bankın keçmiş rəhbərliyinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək milyonlarla manat vəsaiti mənimsəməsi ilə yaranan problem hazıda da qalmaqdadır. Vəziyyətin hələ də tam yoluna qoyulmaması Beynəlxalq Bankın müflis elan ediləcəyi ehtimallarını artırır.

Elçin Hüseynbəyli yazır... Qəmli bir hekayət

30 May 2017 13:17

Bu səhər lap erkən durdum. Quşların səsini dinləyə-dinləyə, səssizlikdən kef ala-ala parka gəzməyə çıxdım.

İŞİD-in Qərblə bağlı hədəfi

30 May 2017 13:15

Son aylar beynəlxalq terrorizm Avropanı ciddi şəkildə təhdid etməyə başlayıb. Bir neçə gün əvvəl İngiltərənin Mançester şəhərində baş verən terror aksiyası da bunu deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, Mançester terraktından əvvəl isə anoloji problemi Fransa, Belçika və Rusiya yaşamışdı.

Azərbaycan inkişaf və tərəqqi dövrünü yaşayır

30 May 2017 13:09

on illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də ciddi uğurlara imza atılır, nailiyyətlər əldə edilir. İstər Yay Olimpiya Oyunlarında hər dəfə medallarımızın sayının artması, istərsə Birinci Avropa Oyunlarında qazandığımız uğurlar, istərsə də digər dünya və Avropa çempionatları, qitə yarışlarında əldə edilən yüksək nəticələr belə deməyə əsas verir.