Tədris müddətinin uzadılması təhsilin keyfiyyətinə təsir edəcəkmi?

Bu günlərdə təhsil sahəsində müzakirə edilən əsas məsələlərdən biri orta məktəblərdə tədris müddətinin yenidən uzadılması ilə bağlı səslənən fikirlərdir. Məlumat üçün bildirək ki, ötən həftə orta məktəblərdə tədris müddətinin daha bir müddət uzadılması barədə təşəbbüslər səsləndirilib. Təklif edilib ki, təhsildə daha yaxşı nəticəyə nail olmaq üçün orta məktəblərdə dərslər sovetlərin zamanında olduğu kimi sentyabrın 1-də başlayaraq, iyunun 15-dək davam etsin. Təbii ki, sözügedən təklif heç də hamı tərəfindən dəstək qazanmayıb. Hətta buna ciddi və əsaslandırılmış şəkildə etiraz edənlər də olub.

Bu günlərdə təhsil sahəsində müzakirə edilən əsas məsələlərdən biri orta məktəblərdə tədris müddətinin yenidən uzadılması ilə bağlı səslənən fikirlərdir. Məlumat üçün bildirək ki, ötən həftə orta məktəblərdə tədris müddətinin daha bir müddət uzadılması barədə təşəbbüslər səsləndirilib. Təklif edilib ki, təhsildə daha yaxşı nəticəyə nail olmaq üçün orta məktəblərdə dərslər sovetlərin zamanında olduğu kimi sentyabrın 1-də başlayaraq, iyunun 15-dək davam etsin. Təbii ki, sözügedən təklif heç də hamı tərəfindən dəstək qazanmayıb. Hətta buna ciddi və əsaslandırılmış şəkildə etiraz edənlər də olub.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay deyib ki, iyun ayının sonunadək məktəblərdə tədrisin davamı neçə-neçə istedadli, yüksək səviyyədə xarici dilləri bilən uşagın xaricdə universitet təhsilinə getmə şansını heçə endirir: "Təsəvvūr edin, bir ay vaxtı sənədləri alıb, tərcūmə etmək, notarius, apostil və xaricə göndərmə aparır. Bir ay xarici universitetin məsələyə baxıb qəbul sənədi göndərməsi. iki ay da tələbə vizası almaq. Hələ sıgorta, xaricdə bank hesabi açma kimi prosedurlar. Gəlir cıxır, noyabr ayına. İyul ayında attestat götürən yazıq tələbə nə etsin, necə çatdırsın bütün bu prosedur qaydalarını?. Görəsən Təhsil Nazirliyi, hökumət bizim uşaqların xaricdə oxumaga gedəcəyini dūşūnūrmū? Mūasir dūnyada təhsilin və ūmumən ölkələrin inkişafının xariclə tələbə və təhsil mūbadiləsi hesabına baş tutdugunu dūşūnūrmū? Bəlkə bizim təhsili dinyada analoqu olmayan ūstūn sayırlar?". İlqar Altay onu da deyib ki, Gürcüstan, Qazaxıstan kimi ölkələrdə, uşağın xarici universitet səviyyəsində dil öyrənib beynəlxalq sertifikat alma fədakarlığını, xarici tələbələr səviyyəsində oxuya bilmə qabiliyyətini, uzaq və qərib yerdə valideyinlərdən, ölkəsindən aralı yerdə qalmaq çətinliyini nəzərə alırlar: "Onun getməsinə xüsusi diqqət ayırırlar ki, gedib bizim ölkənin adını qaldıracaq, yüksək səviyyəli ixtisaslı kadr olaraq ölkəyə qayıdacaq. Hətta maddi və s. yardımlar, dəstək verib yola salırlar. Bizdə isə əksinə, maneçiliklər. Fərqi nədir ki, gəncimiz-Avropada gedib güləş çempionu oldu, ya Avropanın ən çətin, görkəmli universitetini uğurla bitirdi? Gərək elə idmançı ola ki, yüz minlərlə mükafat ala? Bəs beyin, bilik, yüksək ixtisas? Ölkəsinə neçə dillər bilib yüksək ixtisasla qayıdan gənc, vacib istedadlı mütəxəssis çempion demək deyil?. Düşünmək çətindirmi, dünyanı idarə edən başdır, bədən yox? Bədənə qalsa, fillər idarə edərdi bu dünyanı". İlqar Altay qeyd edib ki, ölkə inkişafını təmin edən beyindir, zəka və intellektdir: "İdman, musiqi, rəqs kimi vasitələr isə yaradıb-quran beyinin dincəlmə yardımçısı, inkişafa dəstəkçi qismindədir. İndiki ölkələr yüksək texnoloji inkişaflarını, sivil yaşayış qaydalarını, hətta müsir silahlı hərbi güc üstünlüklərini də beyin, ağıl, zəka, təfəkkürün hesabına təmin edirlər".

Millət vəkili Sahib Alıyev isə bildirib ki, diplom lazımlı olsa da, ancaq əsas diplom yox, savad və bacarıqdır: "Bu həqiqəti bizə facebook sosial şəbəkəsində fikirlərimizi bölüşmək şansı yaradan və bundan milyardlar qazanan Mark Sukerberq də öz örnəyində göstərdi. O, facebook-u yaradandan sonra Harvardda təhsilini yarımçıq qoyaraq bütün gücünü bu işi böyütməyə sərf etmişdi. Böyütdü də və nəticəfə 62 milyard dollarlıq sərvətlə dünyanın beşinci varlı adamına çevirildi. Sonradan isə Sukerberq doğma universitetinə dönərək yarımçıq qoyduğu təhsilini tamamladığı haqda sənəd, yəni diplom aldı. Və bu onun üçün deyil də daha çox dünyaca məşhur təhsil müəssiəsi- Harvard üçün hadisə sayıldı. Xatırladaq ki, Sukerberqdən öncə eyni addımı 90 milyard dollara yaxın sərvətlə dünyanın ən varlı adamı olan, Microsoft-un yaradıcısı Bill Qeyts də atmışdı. O da bütün diqqətini sevdiyi işə yönəltdiyindən Harvardda təhsilini yarımçıq qoydu və bir daha ora dönmədi. Bunu ona görə yazıram ki, özəlliklə də ərəb ölkələrindən olan bəzi varlıların övladları 10-15 il vaxt, külli miqdarda da vəsait sərf edirlər ki, Qeyts və Sukerbeq kimilərin yarımçıq qoyub getdikləri universitetlərin diplomlarını alsınlar. Çox vaxt da ala bilmirlər. Ona görə ala bilmirlər ki, onları düşündürən təhsil və savad deyil də diplomdur".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31