Gündəm
İlin əvvəlindən 70 min miqrant dənizlə Avropaya gəlib
Cari ilin 5 ayı ərzində təqribən 70 min mühacir və qaçqın Aralıq dənizi ilə Avropaya gəlib. Bunu brifinqdə Beynəlxalq Miqrasiya Təşkilatının rəsmi nümayəndəsi Coel Millman deyib. O qeyd edib: "BMT-nin Miqrasiya Agentliyi bildirir ki, ilin əvvəlindən mayın 28-dək Avropaya dəniz yolu ilə 69 574 nəfər miqrant və qaçqın gəlib.
Saakaşviliyə kələk gəldilər – GÖRÜNMƏMİŞ FIRILDAQ
Ukrayna Ədliyyə Nazirliyi Gürcüstanın keçmiş prezidenti, Odessanın sabiq qubernatoru Mixail Saakaşvilinin partiyasını qeydiyyata almayıb. Bu barədə “Mixail Saakaşvilinin yeni güclərinin hərəkatı” partiyasının qurultayında onun tərəfdaşı Olqa Qalabala deyib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyi Saakaşviliyə heç bir aidiyyəti olmayan “Mixal Saakaşvili bloku”nu qeydə alıb.
Dilçilik İnstitutu: Telekanalların xəbər proqramlarında dil qüsurları var
“Telekanallarda aparılan monitorinqlər zamanı həm fonetik, həm leksik, həm morfoloji, həm də üslubi səviyyədə normadan kənara çıxma halları aşkarlanıb”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Nəzakət Qaziyeva “Telekanalların dil mənzərəsi” mövzusunda keçirilmiş dəyirmi masada deyib. O bildirib ki, monitorinqlərə AzTV, İTV, ATV, Xəzər, Space, Lider telekanallarında yayımlanan xəbər, xəbərdən törəmə və əyləncə tipli verilişlər cəlb olunub. N. Qaziyeva deyib ki, ingilis dilindən alınan sözlərdə tələffüz zamanı olduğu kimi saxlanılır, bu da fonetik normanın pozulmasına gətirib çıxarır.
Dil pozuntularının qarşısını almaq üçün cəza tədbirləri hazırlanacaq
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Telekanalların dil mənzərəsi” mövzusunda dəyirmi masa keçirilib. Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı həyata keçirilən tədbirlər, yerli telekanalların dili ilə bağlı aparılmış monitorinqlərin nəticələri müzakirə olunub.
Nazirlik səyahətə gedən vətəndaşlara müraciət etdi
Yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə, eləcədə ölkə daxilində turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır. Bununla əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi əhalinin nəzərinə çatdırır ki, turizm şirkətlərinin vasitəsi ilə xarici ölkələrə və ölkə daxilində səyahətlərini təşkil edərkən turist vauçerini və “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər: “Turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşdiyiniz halda Mədəniyyət və Turizm Nazirliyinin 147 qaynar xəttinə və ya [email protected] elektron ünvanına rəsmi müraciət edə bilərsiniz”.
Bakıda Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə yönələn növbəti seminar keçirilir
Azərbaycanda məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsi üçün təlim kurslarının növbəti mərhələsi kimi, növbəti dörd günlük seminar öz işinə başlayıb. Seminarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Beynəlxalq Əmək Təşkilatı (BƏT) və BMT İnkişaf Proqramının (BMT İP) nümayəndələri, yerli və beynəlxalq ekspertlər iştirak edir.
Sosial mənzillər “ASAN Xidmət”də uzun növbələr yaratdı
“ASAN Xidmət” mərkəzlərində güzəştli mənzil əldə etmək istəyənlərin qeydiyyatı başlayıb.“Olaylar” xəbər verir ki, bunu “ASAN Xidmət” Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Hüseynov açıqlamasında deyib: “May ayın 30-dan etibarən Mənzil İnşaat Dövlət Agentliyi “ASAN Xidmət” mərkəzlərində ( I, III, V saylı) və Sumqayıt “ASAN Xidmət” mərkəzində güzəştli mənzilləri əldə etmək istəyən şəxslərin elektron qeydiyyatını həyata keçirəcək”.
NATO Gürcüstanın dəniz limanlarında qüvvələrini yerləşdirməyəcək
NATO Qara dənizdə təhlükəsizliyi Rumıniyada yerləşən çoxmillətli briqadanın köməyi ilə təmin etməyi planlaşdırır. Bunu Gürcüstanın “Rustavi 2” telekanalına müsahibəsində NATO baş katibinin müavini Rouz Gettemüller deyib. O bildirib ki, Rumıniyadakı briqada alyansa daxil olan ölkələrin hərbçilərindən ibarətdir. “Bu mərhələdə Gürcüstanın dəniz limanlarında NATO qüvvələrini yerləşdirməyi planlaşdırmırıq”, - deyə R. Gettemüller vurğulayıb.
ADU rektoru: “Narazılıq edənlərin əksəriyyəti oxumayan tələbələrdir”
Azərbaycan Dillər Universitetinin rektoru Əfqan Abdullayev tələbələrin narazılığına aydınlıq gətirib. ADU-nun rektoru Əfqan Abdullayev bildirib ki, bu vaxta kimi ali məktəbdə dövlət imtahanı olub, sadəcə 2016/2017-ci tədris ilindən forması dəyişib.
Yaponiya səfiri: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ciddi narahatlıq keçiririk”
Biz bu il diplomatik münasibətlərimizin 25 illiyini qeyd edirik. 1992-ci ildən sonra hər iki ölkə aralarında olan və yüksək sürətlə inkişaf edən münasibətlərdən bəhrələnir. Məsələn, fevral ayında İqtisadiyyat, Ticarət və Sənaye üzrə dövlət naziri, cənab Matsumura Azərbaycan-Yaponiya hökumətlərarası komissiyasının iclasında iştirak edib.
Bakıda avtobusda beli qırılan 21 yaşlı qız... - Həkimi açıqladı
Bakının Nərimanov rayonunda sərnişin avtobusunda baş verən qəzada xəsarət alan 1995-ci il təvəllüdlü Nərmin İlham qızı Salmanovanın vəziyyəti yaxşıdır. Bu barədə 1 saylı Mərkəzi Klinik Xəstəxanasının Neyrotravma şöbəsinin həkimi Teyyub Alışov məlumat verib. Bildirib ki, Nərmin xəstəxanaya onurğası zədələnibmiş. Hazırda isə, o, xəstəxanadadır. Səhhəti ilə bağlı qorxulu heç nə yoxdur.
Buğdaya daha çox ziyan vuran yeni böcəklər müəyyən edilib
Azərbaycanda payızlıq buğdaya daha çox ziyan vuran yeni böcəklər müəyyən edilib. Bu, AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Gülnar Qəhrəmanovanın apardığı "Gəncə-Qazax bölgəsində dənli bitki senozlarında yayılmış sərtqanadlılar (Coleoptera), onların növ tərkibi, bioekologiyası və trofik əlaqəsi" mövzusunda apardığı tədqiqat nəticəsində məlum olub.
“Xankəndi-Şuşa reysi” nəyə hesablanıb?
Ermənilər tərəfindən ölkəmizə qarşı hazırlanan təxribat xarakterli addımların ardı-arası kəsilmək bilmir. Artıq bu işə Ermənistan dövlət səviyyəsində girişib və bütün vasitələrdən istifadə edərək Azərbaycanı təxribata sürükləməyə çalışır. Mənfur düşmənin növbəti təxribatı işğal altında olan Azərbaycan ərazilərində yeni uçuşlar keçirməkdən ibarətdir.
"Baldızımın əri ərimə zəng edib deyib ki, arvadınla..." - Gənc qadının DƏŞƏTDOLU həyatı
Hər bir insanın taleyi doğulmamışdan öncə yazılır. Dünyaya gəlməzdən əvvəl "alın yazısı"nda nələrlə üzləşəcəyi, necə yaşağacağı, hansı günahları, yaxud savabları qazanacağı qeyd olunur. Amma ağlı-düşüncəsi ilə öz həyatını daha yaxşı qura bilsin deyə insana seçim hüququ da verilir... Bəzən bu seçimi doğruya yönəldənlər də olur, yalnışa istiqamətləndirənlər də. Yalnış istiqamətləndirənlərin əksəriyyəti "Təmiz Dünya" İctimai Birliyinə pənah gətirir.
Elm TV Cümhuriyyətlə bağlı reportaj hazırlayıb - VİDEO
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) internet-televiziyası olan Elm TV Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı reportaj hazırlayıb. Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun verdiyi məlumata görə, reportajda Elm TV-nin müxbirinə müsahibə verən tarixçi-alimlər AMEA-nın Tarix İnstitutunun şöbə müdirləri Natiq Məmmədzadə və İlqar Niftəliyevdir. N.Məmmədzadə “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin müdiri, İ.Niftəliyev isə “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin müdiridir.














