Gündəm

Aprel döyüşlərində qumbaraya tuş gələn Arturun anası: "Tüpürüm Müdafiə Nazirliyinə..."

30 May 2017 15:18

Ötən ilin aprelində Qarabağda gedən döyüşlərdə xəsarət alan və qumbaraya tuş gələn erməni əsgər, Gümrü şəhərinin sakini Artur Asanyan sağalmaz azara düçar olub.  Onun anası Əsli Asanyan Müdafiə Nazirliyini oğlunun müalicəsini təşkil etməməkdə, üstəlik Arturun aprel döyüşlərində iştirakını inkar etməkdə günahlandırır.

Gənc tətqiqatçı  “Əli bəy Hüseynzadə” mükafatına layiq görülüb

30 May 2017 15:16

 AMEA Naxçıvan Bölməsinin  İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun  Ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Nərgiz İsmayılova Azərbaycan Yazıçılar Birliyinin  və “Ədəbiyyat qəzeti”nin təsis etdiyi “Əli bəy Hüseynzadə” mükafatına layiq görülüb. Bölmədən “Olaylar” – a bildirlib ki, mükafat AYB-in Natəvan klubunda təqdim olunub.

Türkiyə dənizçiləri 466 liviyalı qaçqını xilas etdilər

30 May 2017 15:16

Türkiyəyə aid "Roseline A" gəmisinin heyəti Liviya sahillərində batmaqda olan köhnə gəminin göyərtəsindəki 466 qaçqını xilas edib. Onlar xilas edilən zaman üzərlərində xilasedici jiletlər belə olmayıb. Türkiyəyə aid "Roseline A" gəmisi Tunisə doğru hərəkət edib. Qaçqınlar isə İtaliyaya getmək istəyiblər. Xilas edilən 466 nəfər İtaliyanın Sahil Mühafizə Xidmətinə təhvil verilib.

Politoloq: “Ermənistan hakimiyyəti öz xalqını aldadır”

30 May 2017 15:14

"Ermənistan dövlətinin hazırda tutduğu mövqe Ermənistan xalqını səfalətə və gələcəkdə məhv olmasına gətirib çıxaracaq”. Bunu politoloq Ramiz Alıyev deyib.

Elariz Elzaya şeir həsr etdi: "Bu nə poza?"

30 May 2017 15:09

Müğənni Elariz Məmmədoğlu, əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahana şeir həsr edib.

“Sabah qərar qəbul ediləcək”

30 May 2017 15:00

Azərbaycan Dillər Universitetində (ADU) tələbələrin bütün fikirləri nəzərə alınacaq, ölçülüb-biçiləndən sonra qərar qəbul ediləcək. Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov ADU-da tələbələrlə keçirilən görüşdə deyib. Onun sözlərinə görə, tövsiyələr ali məktəbin Elmi Şurasına veriləcək.

Quba Perinatal Mərkəzində  seminar

30 May 2017 14:56

Ana və uşaq sağlamlığının qorunması Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir. Nazirlikdən “Olaylar” – a bildirlib ki, bu sahədə həyata keçirilən tədbirlər sırasında maarifləndirmə tədbirlərinə xüsusi önəm verilir. Maarifləndirmə tədbirləri çərçivəsində Səhiyyə Nazirliyinin və BTM-nin Uşaq Fondunun birgə təşkilatcılığı ilə KİV nümayəndələri üçün ana südü ilə qidalanmanın əhəmiyyətinə dair seminarlar silsiləsinin keçirilməsinə başlanılmışdır. Bu qəbildən olan növbəti seminar Quba Perinatal Mərkəzində keçirilib.

Almas İldırımın 110 illik yubileyi qeyd ediləcək

30 May 2017 14:54

Cari ilin mart ayının 25-də Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, şair Almas İldırımın anadan olmasının 110 ili tamam olub. Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 31 may 2017-ci il tarixində, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində təntənəli yubiley tədbiri keçiriləcək. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, tədbirdə şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışılacaq, şeirləri səsləndiriləcək. Tədbir çərçivəsində qonaqlara konsert proqramı təqdim olunacaq.

ABŞ səfirliyinin əməkdaşı qəzaya düşdü

30 May 2017 14:53

Mayın 30-da səhər saatlarında Bakıda qəza baş verib. Məlumata görə, hadisə saat 09:10 radələrində Səbail rayonunda qeydə alınıb. 1988-ci il təvəllüdlü Qadir Məmmədzadənin idarə etdiyi Toyota Prado markalı 90-LM-888 dövlət nömrə nişanlı avtomaşın, Amerika Birləşmiş Ştatlarının ölkəmizdə səfirliyinə məxsus olan, ABŞ-ın Azərbaycandakı səfirliyində işləyən, ABŞ vətəndaşı Şaynbaum Rossun idarə etdiyi Volvo markalı 006 D 056 dövlət nömrə nişanlı avtomaşına arxadan çırpılıb. Hadisə nəticəsində “Volvo”nun arxa tərəfi, Toyota Prado markalı 90-LM-888 dövlət nömrə nişanlı avtomaşının qabaq hissəsi əzilib. Hər iki avtomaşına yüngül maddi ziyan dəyib, xəsarət alan olmayıb.

“Yevlax Yun“ ASC hərraca çıxarılıb

30 May 2017 14:52

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 04 iyul tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə bu ayın ilk hərracı keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 122 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 76-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətləridir. Komitədən “Olaylar”a verilən məlumata görə, hərraca çıxarılan səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 53 min 750 manatla 2 milyon 391 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Yevlax Yun“ Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 20%-i 240 min manata yaxındır. Bundan başqa qiymətində digərlərindən fərqlənən əmlak “Mingəçevir Qum Çınqıl” Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın səhmi isə 156 min manata yaxın təklif olunur.

May ayının son hərracı keçirilib

30 May 2017 14:50

Mayın 30-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti  hərrac  keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 3-ü kiçik dövlət müəssisəsi, 4-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Bakı  şəhəri üzrə 2 istifadəsiz qeyri-yaşayış sahəsinə və 3 nəqliyyat vasitəsinə, respublikanın digər  şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsinə, 2 istifadəsiz qeyri-yaşayış sahəsinə sifariş verilib. Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak “Ağdam Pambıq” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Beləki, adı çəkilən əmlak 872 min 500 manata özəlləşdirilib. Həmin Məhdud Məsuliyyətli Cəmiyyətin torpaq sahəsi 93 min 604 kv.m, ümumi faydalı sahəsi isə 4 min 258 kv.m təşkil edir. Bundan başqa paytaxtın Göyçay rayonunda yerləşən Qeyri-yaşayış binası da qiyməti ilə digərlərindən fərqlənir. Beləki, həmin əmlakın qiyməti 52 min 500 manatdır. Ümumi faydalı sahəsi 28,6 kv.m, topaq sahəsi isə 9 min 801 kv.m təşkil edir. Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 4-ü də bölgələrdə yerləşir. Bunlardan 1-i Ağdamda, 1-i İmişlidə, 1-i isə Göyçaydadır.

Bakı kəndlərinə içməli suyun verilməsində məhdudiyyət olacaq

30 May 2017 14:49

Ceyranbatan-Maştağa sağ magistral su xəttinin Saray qəsəbəsi ərazisindən keçən hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar içməli suyun verilməsində məhdudiyyətlər olacaq. “OLAYLAR”-ın “Azərsu” ASC-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, məhdudiyyətlər mayın 30-da 24 saat müddətində davam edəcək. “Azərsu”dan bildirilib ki, içməli suyun verilməsində məhdudiyyətlər Saray, Novxanı, Goradil, Fatmayı, Mehdiabad, Digah, Maştağa, Pirşağı, Kürdəxanı, Bilgəh, Nardaran, Ramana, Bakıxanov və Sabunçu qəsəbələrinin, həmçinin bağ massivlərinin bir hissəsini əhatə edəcək.

ABB-in vəziyyəti dövlətin nəzarətindədir

30 May 2017 14:47

“Azərbaycan Beynəlxalq Bankındakı (ABB) vəziyyət dövlətin nəzarətindədir”.“Olaylar” xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

Əbülfəs Qarayev şimal zonasında vətəndaşları qəbul edib

30 May 2017 14:45

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü mayın 30-da Xaçmazda gerçəkləşib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, tədbirdən öncə nazir Xaçmaz şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Sonra Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən sakinlərinin qəbulu keçirilib. Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb.