Əbülfəs Qarayev şimal zonasında vətəndaşları qəbul edib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü mayın 30-da Xaçmazda gerçəkləşib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, tədbirdən öncə nazir Xaçmaz şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Sonra Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən sakinlərinin qəbulu keçirilib. Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb.
30 May 2017 14:45 SosialMədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü mayın 30-da Xaçmazda gerçəkləşib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, tədbirdən öncə nazir Xaçmaz şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Sonra Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən sakinlərinin qəbulu keçirilib. Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb. Budəfəki görüşdə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin təşviqi və digər məsələlərlə bağlı olub. Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.