Bakı kəndlərinə içməli suyun verilməsində məhdudiyyət olacaq

Ceyranbatan-Maştağa sağ magistral su xəttinin Saray qəsəbəsi ərazisindən keçən hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar içməli suyun verilməsində məhdudiyyətlər olacaq. “OLAYLAR”-ın “Azərsu” ASC-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, məhdudiyyətlər mayın 30-da 24 saat müddətində davam edəcək. “Azərsu”dan bildirilib ki, içməli suyun verilməsində məhdudiyyətlər Saray, Novxanı, Goradil, Fatmayı, Mehdiabad, Digah, Maştağa, Pirşağı, Kürdəxanı, Bilgəh, Nardaran, Ramana, Bakıxanov və Sabunçu qəsəbələrinin, həmçinin bağ massivlərinin bir hissəsini əhatə edəcək.

Ceyranbatan-Maştağa sağ magistral su xəttinin Saray qəsəbəsi ərazisindən keçən hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "OLAYLAR"-ın "Azərsu" ASC-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, məhdudiyyətlər mayın 30-da 24 saat müddətində davam edəcək. "Azərsu"dan bildirilib ki, içməli suyun verilməsində məhdudiyyətlər Saray, Novxanı, Goradil, Fatmayı, Mehdiabad, Digah, Maştağa, Pirşağı, Kürdəxanı, Bilgəh, Nardaran, Ramana, Bakıxanov və Sabunçu qəsəbələrinin, həmçinin bağ massivlərinin bir hissəsini əhatə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31