ABŞ səfirliyinin əməkdaşı qəzaya düşdü

Mayın 30-da səhər saatlarında Bakıda qəza baş verib. Məlumata görə, hadisə saat 09:10 radələrində Səbail rayonunda qeydə alınıb. 1988-ci il təvəllüdlü Qadir Məmmədzadənin idarə etdiyi Toyota Prado markalı 90-LM-888 dövlət nömrə nişanlı avtomaşın, Amerika Birləşmiş Ştatlarının ölkəmizdə səfirliyinə məxsus olan, ABŞ-ın Azərbaycandakı səfirliyində işləyən, ABŞ vətəndaşı Şaynbaum Rossun idarə etdiyi Volvo markalı 006 D 056 dövlət nömrə nişanlı avtomaşına arxadan çırpılıb. Hadisə nəticəsində “Volvo”nun arxa tərəfi, Toyota Prado markalı 90-LM-888 dövlət nömrə nişanlı avtomaşının qabaq hissəsi əzilib. Hər iki avtomaşına yüngül maddi ziyan dəyib, xəsarət alan olmayıb.

Mayın 30-da səhər saatlarında Bakıda qəza baş verib. Məlumata görə, hadisə saat 09:10 radələrində Səbail rayonunda qeydə alınıb. 1988-ci il təvəllüdlü Qadir Məmmədzadənin idarə etdiyi Toyota Prado markalı 90-LM-888 dövlət nömrə nişanlı avtomaşın, Amerika Birləşmiş Ştatlarının ölkəmizdə səfirliyinə məxsus olan, ABŞ-ın Azərbaycandakı səfirliyində işləyən, ABŞ vətəndaşı Şaynbaum Rossun idarə etdiyi Volvo markalı 006 D 056 dövlət nömrə nişanlı avtomaşına arxadan çırpılıb. Hadisə nəticəsində "Volvo"nun arxa tərəfi, Toyota Prado markalı 90-LM-888 dövlət nömrə nişanlı avtomaşının qabaq hissəsi əzilib. Hər iki avtomaşına yüngül maddi ziyan dəyib, xəsarət alan olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31