Gündəm

Bəzi axundlar məzhəblərarası gərginlik yaradacaq çıxışlar edirlər

30 May 2017 15:50

“Bu günlərdə QMİ-nin sədri Hacı Allahşükür Paşazadə bildirdi ki, hər hansı bir məsciddə axundlar moizə zamanı məzhəblərarası gərginlik salacaq mövzular açmasınlar. Ancaq mənə müraciətlər daxil olur ki, bəzi məscidlərin axundları məscidlərdə moziələrində məzhəblərarası gərginlik yaradacaq çıxışlar edirlər”.

Ədalətsiz qərar çıxaran hakim sərt cəzalanacaq

30 May 2017 15:49

Azərbaycanda ədalətsiz qərarlar çıxaran hakimlər üçün cərimələrin məbləği 10 dəfə artırılır. “Olaylar” xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər edilir. Dəyişiklikləri nəzərdə tutan qanun layihəsinə görə, hakimlər bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarmağa görə 5000 manatdan 8000 manatadək miqdarda cərimələnəcək və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqlar. Hazırda isə bu cərimənin məbləği 500 manatdan 1000 manatadəkdir. Qeyd edək ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Pedofillərin ölkədən çıxışına qadağa qoyuldu

30 May 2017 15:44

Avstraliyada vətəndaşların ölkə xaricinə çıxışını tənzimləyəcək yeni layihələr həyata keçirilir. Avstraliya vətəndaşları sırasında pedofillərin (psixi pozğunluğu olan, çoxsaylı seksual cinayətlər törətmiş insanlar) ölkə xaricinə çıxışına qadağa qoyulub.

Həmsədrlər yaxın 10 gün ərzində regiona səfər edəcəklər

30 May 2017 15:42

ATƏT-nın Minsk qrupunun həmsədrləri iyunun əvvəlində Ermənistana və Azərbaycanın erməni silahlı bölmələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edəcək.

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

30 May 2017 15:40

Monteneqronun Prezidenti Filip Vuyanoviç Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

İçkini haram görməyən müftidən qəribə fətva

30 May 2017 15:38

Beynəlxalq Müsəlman Alimləri Birliyinin rəhbəri Mustafa Rəşid orucun varlılar üçün zəruri, kasıblar üçün isə könüllü olduğunu bildirən fətva yayıb. Mustafa Rəşid bu fətvanı ABŞ televiziya kanallarından birinə verdiyi müsahibəsi zamanı deyib.

“Nar bağı” Karlovy Vary Beynəlxalq Film Festivalında

30 May 2017 15:37

İlqar Nəcəfin “Nar bağı” bədii filmi Karlovy Vary Beynəlxalq Film Festivalına dəvət alıb. Kinostudiyadan “Olaylar” – a bildirlib ki, “Azərbaycanfilm” kinostudiyası və “Buta film” kino şirkətinin birgə istehsalı olan yeni ekran əsərinin dünya təqdimatı festivalın “Qərbin Şərqi” müsabiqə proqramında keçiriləcək. “Nar bağı” proqramın açılış filmi olaraq təqdim olunacaq. Festival 30 iyun-8 iyul tarixlərində Çexiyada baş tutacaq. 

Vasif Əfəndiyev: "Ermənistan münaqişənin həllinə bilərəkdən maneçilik törədir" 

30 May 2017 15:35

“Ermənistanın fikrincə yalnız Dağlıq Qarabağda yaşayan köçmə ermənilərə “xalqların özünün müqəddəratını müəyyənetmə” prinsipi tətbiq edilməli və Azərbaycan bununla razılaşamalıdır. Bundan başqa onların tələblərinin mərkəzində “status” almış qurumun Ermənistan tərəfindən mühafizə olunan quru sərhəddi olması dayanır. Eləcə də sülhməramlı qüvvələr adı altında Rusiya qoşunlarının Azərbaycanla Dağlıq Qarabağ ərazisində yerləşdirilməsini planlaşdırırlar”. Bunu politoloq Vasif Əfəndiyev deyib.

Politoloq: “Erməni əhalisi münaqişənin davam etməsindən bezib”

30 May 2017 15:33

“Ermənistanın tutduğu mövqe hamıya məlumdur”. Bunu  politoloq Zaur Məmmədov deyib. Onun sözlərinə görə, daxildə gərginliyi aradan qaldırmaq, cəmiyyəti  iqtisadi problemlərdən yayındırmaq üçün son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına olduqca böyük xələl gətirirlər: “Bununla da Ermənistan hakimiyyəti daxildə vəziyyəti öz xeyirlərinə sabitləşdirməyə cəhd edərək hakimiyyətdə daha çox oturmaq istəyırlər.

Ətin içərisində heroin keçirmək istədi

30 May 2017 15:32

Penitensiar Xidmətin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son günlərdə müəssisəyə narkotik maddə və uyuşdurucu dərman preparatlarının keçirilməsinin qarşısı alınmışdır.

Avtomobildə 59 ədəd mobil telefon aşkar olunub

30 May 2017 15:30

Tovuz Gömrük İdarəsinin "Sadıxlı" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş idarə etdiyi minik avtomobilində gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan olunası heç bir predmetin olmadığını bildirib. Lakin gömrük baxışı nəticəsində, həmin nəqliyyat vasitəsinin salonunda arxa oturacaq ilə yük yeri arasındakı boşluqda 59 ədəd "Samsung J3 pro" markalı mobil telefon, ehtiyat təkərin içərisində isə 59 ədəd qidalandırıcı başlıq, 59 ədəd USB kabel, 59 ədəd həmin telefonlara məxsus qutu və 59 ədəd batareya aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

ADMİU-da kamera ansamblının konserti

30 May 2017 15:29

 Mədəniyyət və İncəsənət Universitetinin Vernisaj zalında İnstrumental ifaçılıq kafedrasının müəllimi Süleyman Babakişizadənin rəhbərliyi ilə Respublika gününə həsr olunmuş sinif konserti keçirilib. Universitetdən “Olaylar” – a bildirlib ki, musiqi sənəti fakültəsinin və Milli Konservatoriyası nəzdində A.Zeynallı adına musiqi kollecinin tələbələrindən ibarət kamera ansamblı V.A.Motsartın Divertisment D major – I hissə (simli kvartet), Q.Qarayevin “Yeddi gözəl” baletindən “Ayşənin rəqsi”, İ.S.Baxın İki violin üçün konsert D minor I hissə, T.Albinoninin Simfoniya G major I hissə, S.Hacıbəyovun Skertso, A.Zeynallının “Muğamsayağı”, F.Verçaninin “Largo” və A.Dadaşovun Konsertino III hissə əsərlərini ifa ediblər.

Azərbaycanda ifadə azadlığı tam təmin olunur

30 May 2017 15:29

İfadә azadlığı  demokratik cәmiyyәtin  vacib tәrkib hissəsi olan vә bir çox digər әsas insan hüquqlarının həyata keçirilmәsi üçün zəruri olan beynəlxalq insan hüquqları qanunlarında tәsbit edilmiş әsas insan hüququdur. Bu informasiya vә fikirlәrin sәrbəst mübadilәsi, siyasi seçimlәr haqqında açıq müzakirә və hökumәtin hərәkətlәrinә ictimaiyyət tərәfindәn nәzarәtә imkan yaradan hüquqdur. Azәrbaycan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Tәşkilatı üzvü olaraq, əsas beynәlxalq vә regional insan hüquqları sazişlәrinə qoşularaq ifadә azadlığı hüququna riayәt etmək vә onu mühafizә etmək öhdәliyi daşıyır. İfadə azadlığı bir çox digәr әsas insan hüquqlarının hәyata keçirilmәsi üçün başlıca şәrt olan beynәlxalq insan hüquqları qanununda tәmin edilmiş әsas hüquqdur. Maraqlıdır Azərbaycanda ifadə azadlığı nə dərəcədə təmin olunur?  

Musiqili Teatr Lənkərana səfər edəcək

30 May 2017 15:20

 Musiqili Teatrı bölgələrə və xarici ölkələrə səfərə hazırlaşır. Teatr Lənkəran şəhərinə, qardaş Türkiyə Cümhuriyyətinə Beynəlxalq “Dədə Qorqud” festivalına və Azərbaycan Mədəniyyət Günləri çərçivəsində isə İran İslam Respublikasına qastrol səfərləri planlaşdırılır. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a  bildirib ki, bu silsilədən ilk tədbir 31 may tarixində Azərbaycanın cənub mirvarisi Lənkəran şəhərində baş tutacaq. Musiqili Teatrın kollektivi lənkəranlı tamaşaçılar qarşısında Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” iki hissəli musiqili komediyası ilə çıxış edəcək.

"Hacı pivəsi"nin tərkibində spirt var - XƏBƏRDARLIQ

30 May 2017 15:20

Yay mövsümü və Ramazan ayının gəlişi ilə alkoqolsuz pivə ("Hacı pivəsi" adı ilə tanınır) məsələsi yenidən aktuallaşır. Əksəriyyətin sərinləşdirici içki kimi istifadə etdiyi "Hacı pivəsi"nə münasibət birmənalı deyil. Bəziləri akoqolsuz hesab edilən bu pivənin içilməsində heç bir qəbahət olmadığını bildirsə də, digərləri onun içilməsini doğru saymır. Nəfsinə hakim ola bilməyənlər isə "babalı istehsal edənin boynuna" deyib içir...