Ətin içərisində heroin keçirmək istədi

Penitensiar Xidmətin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son günlərdə müəssisəyə narkotik maddə və uyuşdurucu dərman preparatlarının keçirilməsinin qarşısı alınmışdır.

Penitensiar Xidmətin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son günlərdə müəssisəyə narkotik maddə və uyuşdurucu dərman preparatlarının keçirilməsinin qarşısı alınmışdır. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Belə ki, Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Salmanov Vüsal Ağabəy oğluna xalası oğlu Mənafov İbrahim Dadaş oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman bişmiş ətin içində gizlətdiyi sellofan bükülülərdə çəkisi 0.942 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür.Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Qədirov Sabir Qara oğlu müəssisəyə daxil olarkən üstünə və əşyalarına baxış keçirilən zaman alt paltarında gizlətdiyi sellofan bükülüdə 10 ədəd tramadol dərman kapsulu aşkar edilərək götürülmüşdür. Faktlar üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti orqanlara göndərilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31