ADMİU-da kamera ansamblının konserti
Mədəniyyət və İncəsənət Universitetinin Vernisaj zalında İnstrumental ifaçılıq kafedrasının müəllimi Süleyman Babakişizadənin rəhbərliyi ilə Respublika gününə həsr olunmuş sinif konserti keçirilib. Universitetdən “Olaylar” – a bildirlib ki, musiqi sənəti fakültəsinin və Milli Konservatoriyası nəzdində A.Zeynallı adına musiqi kollecinin tələbələrindən ibarət kamera ansamblı V.A.Motsartın Divertisment D major – I hissə (simli kvartet), Q.Qarayevin “Yeddi gözəl” baletindən “Ayşənin rəqsi”, İ.S.Baxın İki violin üçün konsert D minor I hissə, T.Albinoninin Simfoniya G major I hissə, S.Hacıbəyovun Skertso, A.Zeynallının “Muğamsayağı”, F.Verçaninin “Largo” və A.Dadaşovun Konsertino III hissə əsərlərini ifa ediblər.
30 May 2017 15:29 MədəniyyətMədəniyyət və İncəsənət Universitetinin Vernisaj zalında İnstrumental ifaçılıq kafedrasının müəllimi Süleyman Babakişizadənin rəhbərliyi ilə Respublika gününə həsr olunmuş sinif konserti keçirilib. Universitetdən "Olaylar" - a bildirlib ki, musiqi sənəti fakültəsinin və Milli Konservatoriyası nəzdində A.Zeynallı adına musiqi kollecinin tələbələrindən ibarət kamera ansamblı V.A.Motsartın Divertisment D major - I hissə (simli kvartet), Q.Qarayevin "Yeddi gözəl" baletindən "Ayşənin rəqsi", İ.S.Baxın İki violin üçün konsert D minor I hissə, T.Albinoninin Simfoniya G major I hissə, S.Hacıbəyovun Skertso, A.Zeynallının "Muğamsayağı", F.Verçaninin "Largo" və A.Dadaşovun Konsertino III hissə əsərlərini ifa ediblər.
Konsertdə tələbələr ilə orkestr işləməsi M.Mehmandarov və Ü.Mahmudbəyliyə məxsusdur.