Bəzi axundlar məzhəblərarası gərginlik yaradacaq çıxışlar edirlər

“Bu günlərdə QMİ-nin sədri Hacı Allahşükür Paşazadə bildirdi ki, hər hansı bir məsciddə axundlar moizə zamanı məzhəblərarası gərginlik salacaq mövzular açmasınlar. Ancaq mənə müraciətlər daxil olur ki, bəzi məscidlərin axundları məscidlərdə moziələrində məzhəblərarası gərginlik yaradacaq çıxışlar edirlər”.

"Bu günlərdə QMİ-nin sədri Hacı Allahşükür Paşazadə bildirdi ki, hər hansı bir məsciddə axundlar moizə zamanı məzhəblərarası gərginlik salacaq mövzular açmasınlar. Ancaq mənə müraciətlər daxil olur ki, bəzi məscidlərin axundları məscidlərdə moziələrində məzhəblərarası gərginlik yaradacaq çıxışlar edirlər". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov səsləndirib. Onun sözlərinə görə, xüsusilə özünü şiəliyə nisbət edən bəzi axundlar xütbələrində və çıxışlarında bildirirlər ki, guya əhli-sünnə müsəlmanları əhli-beyti sevmirlər: "Bax bu sözün özü kökündan yanlışdır və həmvətənlərimiz arasında qarşıdurma salacaq, nifaq yaradacaq problemlərə yol açır. Mən xahiş edirəm ki, bununla bağlı aidiyyatlı qurumlar həmin məscid axundlarına nəsihət etsinlər". Əkrəm Həsənov deyib ki, bizim ölkəmizdə heç vaxt müsəlmanlar arasında ayrıseçkilik olmayıb: "Bunu edənlər dəqiq əminəm ki, hansısa ölkənin burada maraqlarını həyata keçirirlər. Bu səbəbdən mən bunun yanlış olduğunu bildirmək istəyirəm və həmin məscidlərin axundlarına Allahdan qorxmalarını tövsiyə edirəm. Özünə hörmət edən, müsəlmanam deyən hər kəsin qəlbində Əhli Beytə böyük sevgi və hörmət vardır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31