Gündəm

Evdən 570 manat oğurlayan tutulub

30 May 2017 16:35

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Əminağa Rəvanov tutulub. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən mayın 25-də rayon ərazisindəki evlərdən birindən 570 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əminağa Rəvanov tutulub. Faktla bağlı araşdırma aparılır.

Həyətində çətənə yetişdirən keçmiş məhkum saxlanıb

30 May 2017 16:34

Sabirabad sakinində narkotik maddə aşkarlanıb. DİN-dən verilən məlumata görə, daxil olan məlumat əsasında Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kovlar kənd sakini Rövşən Ağayevin həyətindən 53 ədəd çətənə kolları və 2 kiloqram 300 qram marixuana aşkar edilərək götürülüb.Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.

Boksçularımız Avropa çempionatına hazırlaşır

30 May 2017 16:32

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının qatılacağı Avropa çempionatı mundiala seçim xarakteri daşıyacaq. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, iyunun 14-26-da Ukraynanın Xarkov şəhərində təşkil olunacaq qitə birinciliyi Avropanın dünya çempionatındakı təmsilçilərinin adlarına aydınlıq gətirəcək.

Firəngiz Əlizadənin 70 illik yubileyi qeyd ediləcək

30 May 2017 16:31

İyunun 2-də Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor, dahi Qara Qarayev məktəbinin layiqli davamçısı Firəngiz Əlizadənin 70 yaşı tamam olması münasibətilə yubiley gecəsi keçiriləcək.

Dini radikalizmə qarşı mübarizə məsələləri müzakirə edilib

30 May 2017 16:30

Kürdəmir Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizə - narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Nazir regional müşavirə keçirib

30 May 2017 16:29

Xaçmaz şəhərində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə nazirliyin regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.

Azercell Karyera Sərgisində iştirak etdi

30 May 2017 16:22

Azercell Telekom növbəti dəfə Karyera Sərgisində iştirak edib. Bu dəfə mayin 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) II Məzun-Karyera Sərgisi keçirilib. Sərgidə 56 şirkət 1500-ə yaxın tələbə və məzunun iştirak edib.

Lapşin anası ilə görüşdü

30 May 2017 16:18

Bakıda həbsdə olan bloqer Aleksandr Lapşin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində anası Bella Lapşina ilə görüşüb. Bu barədə A.Lapşinin vəkili Eduard Çernin məlumat verib. Vəkilin sözlərinə görə, B.Lapşina oğlunun səhhəti və istintaq barədə maraqlanmaq üçün Bakıya gəlib. O, oğlu ilə görüşüb və istintaqın başa çatması barədə ona məlumat verilib.

Gözəl Bayramlı 2015-ci ildən indiyədək Gürcüstana 41 dəfə səfər edib - Rəsmi məlumat

30 May 2017 16:13

"Məlumat verildiyi kimi, 1962-ci il təvəllüdlü Bakı şəhər sakini Bayramlı Gözəl Oruc qızı 25 may 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Qazax rayonu ərazisində yerləşən “Şıxlı” Sərhəd Nəzarəti Məntəqəsini keçməklə Gürcüstandan Azərbaycan Respublikasına gələrkən külli miqdar təşkil edən 12 min ABŞ dolları məbləğində nağd pul vəsaitini bəyan etməyərək əl yükünün içərisində gizlədilmiş halda keçirdikdən sonra Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə tədbiri nəticəsində saxlanılıb".

İş üçün müraciət edən qadını zorladı, qaçıb gizləndi

30 May 2017 15:59

Türkiyənin İzmir şəhərində 2010-ci ilin noyabr ayında iş müraciəti edən Z.S. adlı bir qadını zorlamaq iddiasıyla mühakimə olunaraq 8 il 4 ay həbs cəzasına məhkum edilən əmlakçı Gencay Kayandan xəbər var.

Təyyarə qəzasında həlak olmuş generalın tabutundan 4 nəfərin qalıqları tapıldı

30 May 2017 15:57

2010-cu ildə Rusiyanın Smolensk şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olmuş polşalı general Vlodzimej Potaşinskinin tabutunda dörd nəfərin qalıqları aşkarlanıb.

Tarix Muzeyi hərb tarixi ilə məşğul olanları əməkdaşlığa dəvət edir

30 May 2017 15:56

İyunun 21 – 23  tarixlərində AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan hərb tarixinə həsr olunan kitabların “Hərb tariximizi öyrənək!” adlı sərgi keçiriləcək. Muzeydən “Olaylar” – a bildirilib ki, sərginin keçirilməsində məqsəd Azərbaycanın hərb tarixinə həsr olunmuş kitablar barədə geniş ictimaiyyəti məlumatlandırmaq, hərb tarixi sahəsində araşdırmalar aparan alim və müəllifləri ictimaiyyətlə, ilk növbədə gənclərlə tanış etmək.

Gənclərə xarici internet mediada Azərbaycan həqiqətlərini təbliğ etmək yolları öyrədilib

30 May 2017 15:53

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsi çərçivəsində ingilis dilində təhsil alan gənclər və gənc jurnalistlər, sosial şəbəkələrdə aktiv və ya “vətəndaş jurnalistikası” ilə məşğul olan, xarici dil bilən gənclər üçün “Xarici internet mediada Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda kəsərli məqalələrlə çıxış” mövzusunda 3 dəfəlik təlim keçirilib.

Sosial işin təşkilinə dəstək verilir

30 May 2017 15:51

“Sosial məsuliyyətli gələcək quraq” adlı layihə davam edir. “OLAYLAR”-ın xəbərinə görə, layihə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi Bakı və Xırdalan şəhərlərinin gəncləri arasında sosial işin təşkilinin təbliğinə və bu sahədə yeni biliklərin verilməsinə nail olmaqdır.