Nazir regional müşavirə keçirib
Xaçmaz şəhərində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə nazirliyin regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.
30 May 2017 16:29 SosialXaçmaz şəhərində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə nazirliyin regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, müşavirədə nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələrinin rəisləri, məsul əməkdaşları iştirak edib. Tədbirdə 2017-ci ilin yanvarından fəaliyyətə başlayan regional idarələrin əldə etdiyi nəticələr təhlil edilib və qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin regional idarələrin paytaxtda keçirilən beynəlxalq tədbirlərdə iştirakı dəyərləndirilib. Əbülfəs Qarayev ölkəmizdə turizmin inkişafı sahəsində həyata keçirilən işlərdən danışaraq qeyd edib ki, regionlarda turizm sənayesinin inkişafı, turizm klasterlərinin yaradılması istiqamətində görülən tədbirlər davam etdirilir. Bildirilib ki, ölkəmizə gələn turistlərin sayının artırılması, onlara göstərilən mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində vacib tədbirlər görülür. Regional idarələr də yerlərdə, turizm məkanlarında, açıq havada təşkil etdikləri konsert və sərgilərin sayını artırmalıdırlar. Sonda nazir yerlərdə mədəniyyət və turizm xidmətlərinin günün müasir tələbləri səviyyəsində qurulmasının vacibliyini bir daha diqqətə çatdırıb.