Sosial işin təşkilinə dəstək verilir

“Sosial məsuliyyətli gələcək quraq” adlı layihə davam edir. “OLAYLAR”-ın xəbərinə görə, layihə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi Bakı və Xırdalan şəhərlərinin gəncləri arasında sosial işin təşkilinin təbliğinə və bu sahədə yeni biliklərin verilməsinə nail olmaqdır.

"Sosial məsuliyyətli gələcək quraq" adlı layihə davam edir. "OLAYLAR"-ın xəbərinə görə, layihə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi Bakı və Xırdalan şəhərlərinin gəncləri arasında sosial işin təşkilinin təbliğinə və bu sahədə yeni biliklərin verilməsinə nail olmaqdır. Layihə çərçivəsində yeniyetmə və gənclər arasında sosial işin təşkilinin təbliği barədə geniş məlumatların verilməsi, həmin məlumatların icmalarda yayılması üçün fəal gənclər qruplarının formalaşması, bu qruplar vasitəsilə müxtəlif təbliğat fəaliyyətlərinin təşkil edilməsi nəzərdə tutulub. Bu məqsədlə may ayında "Sosial işin təşkilinin əsas meyarları", "Sosial işin üstünlükləri", "Sosial işçilər kimlərdir, onların vəzifə və məsuliyyətləri", "Sosial işçinin etik qaydaları", "Sosial əlaqələrin qurulması" mövzuları üzrə təlimlər təlimlər təşkil edilib. Təlimlərdə iştirak etmiş gənclərin yerlərdəki müfaviq təşkilat və qurumlara səfərləri təşkil olunacaqdır. Bu tip səfərlərin məqsədi təşkilat və qurumlarda sosial iş ilə tanış olmaq, sosial işçilərin gündəlik işinə baxmaq, bu haqda məlumatın tətbiq edilməsini müşahidə etmək, sosial iş haqqında digər vacib məlumatı toplamaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31