Boksçularımız Avropa çempionatına hazırlaşır

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının qatılacağı Avropa çempionatı mundiala seçim xarakteri daşıyacaq. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, iyunun 14-26-da Ukraynanın Xarkov şəhərində təşkil olunacaq qitə birinciliyi Avropanın dünya çempionatındakı təmsilçilərinin adlarına aydınlıq gətirəcək.

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının qatılacağı Avropa çempionatı mundiala seçim xarakteri daşıyacaq. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, iyunun 14-26-da Ukraynanın Xarkov şəhərində təşkil olunacaq qitə birinciliyi Avropanın dünya çempionatındakı təmsilçilərinin adlarına aydınlıq gətirəcək. Avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində keçiriləcək dünya çempionatına seçim sisteminə əsasən "köhnə qitə"dən mundiala yollanacaq boksçular yalnız Xarkovda müəyyənləşəcək. Qaydalara görə, dünya çempionatında iştirak hüququ 5 qitənin birinciliyində veriləcək. Qeyd edək ki, milli komandamız Avropa çempionatına 10 boksçu ilə yollanacaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31