Dini radikalizmə qarşı mübarizə məsələləri müzakirə edilib
Kürdəmir Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizə - narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib.
30 May 2017 16:30 SosialKürdəmir Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Dini radikalizm və ekstremizmə qarşı mübarizə - narkomaniya ümumbəşəri bəladır" mövzusunda maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sultan Zeynalov çıxışında narkomaniyaya aludə olmuş insanların cəmiyyətdən necə təcrid olunduqlarını, onların hətta öz yaxınları tərəfindən də qəbul edilmədiklərini yeniyetmə və gənclərin diqqətinə çatdırıb. Çıxışlarda qeyd olunub ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.