Firəngiz Əlizadənin 70 illik yubileyi qeyd ediləcək
İyunun 2-də Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor, dahi Qara Qarayev məktəbinin layiqli davamçısı Firəngiz Əlizadənin 70 yaşı tamam olması münasibətilə yubiley gecəsi keçiriləcək.
30 May 2017 16:31 Mədəniyyətİyunun 2-də Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, xalq artisti, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor, dahi Qara Qarayev məktəbinin layiqli davamçısı Firəngiz Əlizadənin 70 yaşı tamam olması münasibətilə yubiley gecəsi keçiriləcək. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqimizin müxtəlif janrlarında sınayıb, opera, balet, instrumental, vokal, simfonik, xor və kamera əsərləri yaradıb. Onun "İntizar", "Sənin adın Dənizdir", "Ağ atlı oğlan" operaları, "Boş beşik" və "Stadt-Qraniza" baletləri, müxtəlif ansambl tərkibi üçün "Habilsayağı", "Muğamsayağı", "Oazis", "Dərviş", "Abşeron", "Silk road", violonçel və orkestr üçün konsert və s. əsərləri Azərbaycan musiqi mədəniyyətinin parlaq səhifələrini təşkil edir.