Gündəm
Vahid Əhmədov: “32 bank Azərbaycan üçün çoxdur”
“Bankların bu gün veridiyi kreditlər özlərinə məxsus sərbəst kapital deyil, daha çox əhalinin depozitləridir. Ona görə də, bankların bu gün əsas problemləri öz kapitalı ilə bağlı deyil, götürdüyü öhdəliklərdir”. “Olaylar” xəbər verir ki, bu sözləri bu gün Tərəfsiz Jurnalistlər Birliyinin keçirdiyi tədbirdə bank mütəxəssisi Ramin Bayramov qeyd edib.
Bakıda qadın sürücü 130 minlik maşınla qəza törətdi
Bu gün Nəsimi rayonu, Vaqif küçəsində yol qəzası baş varib. Məlumata görə, "Mercedes GL" markalı, 90 VJ 099 dövlət nömrə nişanlı avtomobillə "Hyundai Santafe" markalı, 90 HM 466 dövlət nömrə nişanlı avtomobil toqquşub. "Mercedes"in vurduğu zərbədən idarəetməni itirən "Hyundai" səkiyə çıxaraq ağaca dəyib.
“Naxçıvan Muxtar Respublikasının Stratiqrafiyası” adlı monoqrafiya çapa hazırlanır
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) “Naxçıvan Muxtar Respublikasının Stratiqrafiyası” adlı monoqrafiya çapa hazırlanır. Müəllifləri institutun Paleontologiya və stratiqrafiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Şıxəli Babayev, Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli, geologiya-mineralogiya elmləri doktoru Aydın Məmmədovdur. Minə yaxın səhifəsi olan topluda Naxçıvan ərazisində yayılmış Paleozoy, Mezozoy və Kaynozoyun bütün sistem və mərtəbələri beynəlxalq stratiqrafik cədvələ uyğun olaraq təsvir edilir, həmçinin müxtəlif illərin elmi-tematik və geoloji-planaalma işləri nəticəsində ayrılmış yerli stratiqrafik vahidlərin təsviri və faunistik səciyyələndirilməsi aparılıb, müxtəlif yaşlı litoloji-stratiqrafik komplekslərin dayaq kəsilişləri verilib. Bunlardan əlavə, müxtəlif tədqiqatçılar tərəfindən toplanmış və yaşı təyin edilmiş zəngin fauna nümunələri müvafiq paleontoloji cədvəllərdə öz əksini tapır.
Azərbaycanda payızlıq buğdaya daha çox ziyan vuran yeni böcəklər müəyyən edilib
Azərbaycanda payızlıq buğdaya daha çox ziyan vuran yeni böcəklər müəyyən edilib. Bu, AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Gülnar Qəhrəmanovanın apardığı “Gəncə-Qazax bölgəsində dənli bitki senozlarında yayılmış sərtqanadlılar (Coleoptera), onların növ tərkibi, bioekologiyası və trofik əlaqəsi” mövzusunda apardığı tədqiqat nəticəsində məlum olub.
AMEA Naxçıvan Bölməsinin əməkdaşı “Əli bəy Hüseynzadə” mükafatına layiq görülüb
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Nərgiz İsmayılova Azərbaycan Yazıçılar Birliyinin və “Ədəbiyyat qəzeti”nin təsis etdiyi “Əli bəy Hüseynzadə” mükafatına layiq görülüb.
Muzeyə qiymətli töhfə hədiyyə olunub
AMEA Milli Azərbaycan Tarixi Muzeyinə Azərbaycanda multikulturalizm dəyərlərinə həsr olunmuş qiymətli kitab hədiyyə edilib. Muzeydən “Olaylar” – a bildirlib ki, Multikulturalizm Mərkəzinin “Analitika” şöbəsinin müdiri, Dr. Rəşad İlyasov tərəfindən Muzeyə “Литературно-художественные истоки Азербайджанского мультикультурализма” (“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”) adlı kitab təqdim edilib.
Binəqədi icra başçısı növbəti səyyar görüş keçirib
Biləcəri qəsəbəsi, məhəllə 5057/68 ünvanında yerləşən 284 saylı orta məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Biləcəri qəsəbəsi sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
Muzeydə “Azərbaycanda xristianlığa multikultural baxış tarixindən” adlı seminar
Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Tarixi Muzeyində bu mövzuda silsilə tədbirlər keçirilir. Muzeydən “Olaylar” – a bildirlib ki, tədbirlər planı ilə əlaqədar bu gün muzeydə Bilik Fondunun dəstəyi ilə “Azərbaycanda xristianlığa multikultural baxış tarixindən” adlı seminar keçirilib. Seminarda H.Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar elmlər liseyinin yuxarı sinif şagirdləri, Muzeyin “Gənc muzeysevərlər və muzeyşünaslar” klubunun və dini icmaların üzvləri, muzey əməkdaşları və b. iştirak ediblər.
Qərbi Abşeron” yatağı üçün yeni platforma tikilib
SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağında ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında yeni 54 saylı stasionar dəniz platformasının tikintisini uğurla başa çatdırıb.
Milli Məclis tətilə çıxır
Mayın 31-də Milli Məclisin yaz sessiyasında son plenar iclası keçiriləcək. İclasın gündəliyinə 38 məsələ daxil edilib. Sonunc iclasda müzakirə olunacaq məsələlərə Əmək Məcəlləsində dəyişikliklər edilməsi; Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında; Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında; Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə, və terrorçuluğun maliyyələşdirilməsinə dair" Avropa Şurası Konvensiyasının təsdiq edilməsi; "Diplomatik xidmət haqqında", "Dövlət qulluğu haqqında" qanunlara əlavə vədəyişikliklər kimi məsələlər daxilsir. Xatırladaq ki, parlamentin növbədənkənar sesiyasının keçirilməsi də nəzərdə tutulur.
Qazaxıstan hökuməti ABB-nin restrukturizasiya planını dəstəkləyəcəyinə işarə edib
Qazaxıstanın "Vahid Pensiya Yığımı Fondu" SC-nin "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) istiqrazlarına yatırdığı investisiyanın geri qaytarılması məsələsi payızda həllini tapa bilər. "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın maliyyə naziri Bakıt Sultanov hökumətin iclasında bildirib. "Cari ilin iyul ayının ortalarında keçiriləcək iclasda kreditorlar ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası planını müzakirə edəcəklər.
Ermənistan şirkətinin rəhbəri: “Ekvador bananını Azərbaycan üzərindən İrana idxal edəcəyik”
Ermənistanın Ekvadordan banan idxalı ilə məşğul olan “ArmExc Trading” şirkəti Azərbaycan üzərindən İrana banan idxal etməyə hazırlaşır. Bu barədə şirkətin prezidenti Vardan Arutyunyan açıqlayıb.
Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, qayğı və problemləri ilə maraqlanıb
Millət vəkili Qənirə Paşayeva Tovuzun kəndlərini ziyarət edib, sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb. Sakinlərin ən çox müraciətləri arasında övladlarına iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub.
Axtarışda olan tikinti şirkətinin rəhbəri həbs edilib
Bakıda axtarışda olan şəxs tutulub. Məlumata görə, Xətai rayon Polis İdarəsinin əməkdaşları Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda zərər vurmaqla) maddəsi ilə axtarışda olan 1964-cü il təvəllüdlü Babayev Elçin Yaqub oğlunu saxlayıblar. Qeyd edək ki, E.Babayev “Ulduz-S” tikiniti şirkətinin rəhbəridir.
İcra hakimiyyətinin 5 kondisioneri oğurlanıb
2016-cı ilin dekabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin (köhnə) inzibati binasından 5 ədəd kondisioner oğurlanıb. DİN-dən verilən məlumata görə, Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Səbuhi Mustafayev tutulub. Ətrafında aparılan tədbirlərlə onun carı ilin fevral və mart aylarında rayon ərazisindəki 2 evdən 150 manat pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.




.jpg)







.jpg)

