Gündəm

Prezident: "Xorvatiya Azərbaycanla getdikcə möhkəmlənən tərəfdaşlıq və dostluq əlaqələrini yüksək qiymətləndirir"

30 May 2017 18:55

"Zati-aliləri. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim. Bu xoş fürsətdən istifadə edərək dost Azərbaycan xalqına Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan rifah və inkişaf arzu edirəm.

"Erməni tarixçiləri də "erməni soyqırımı"nın yalan olduğunu etiraf edirlər"

30 May 2017 18:54

Erməni tarixçiləri belə "erməni soyqırımı"nın yalan olduğunu etiraf edirlər. Bunu Türkiyə prezidentinin baş müşaviri, professor Seyit Sertçelik "Rus və erməni mənbələri işığında erməni problemi və meydana çıxma prosesi 1678-1914" adlı ikicildlik əsərinin Bakıda təşkil olunan təqdimatında deyib.

Daha bir marşrut üzrə avtobuslarda gediş haqqı kartla ödəniləcək

30 May 2017 18:52

Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız - vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.

Özbəkistanın xalq şairi Yunus Oğuzla görüşüb

30 May 2017 18:49

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycandakı Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə Özbəkistan ədəbiyyatının nümayəndələrinin Azərbaycan Respublikasına yaradıcılıq səfərinə gəliblər. Nümayəndə heyəti səfər çərçivəsində yazıçı-publisist, tarixi romanlar müəllifi, “Olaylar” qəzeti və eyni adlı xəbər agentliyinin baş redaktoru Yunus Oğuzla görüşüblər.

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin Avropa premyerası keçirilib

30 May 2017 18:43

Parisdə “Musée de l’Armée” Ordu Muzeyində II Dünya Müharibəsinin başa çatması ilə əlaqədar anım tədbirlərinin bir hissəsi olaraq “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin Avropa premyerası keçirilib. Tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi, Azərbaycanın Fransadakı Səfirliyi və “Evropa Film Akt” (EFA) təşkilatının dəstəyi ilə keçirilib. Cəmiyyətdən “Olaylar” – a bildirlib ki, rəqəmsal qaydada bərpa olunan və rənglədilmiş arxiv görüntülərinin istifadə edildiyi filmdə Sovet ordusunun sıralarında faşizmə qarşı döyüşən və arxa cəbhədə qələbə üçün var gücü ilə çalışan azərbaycanlıların igidliyi barədə bəhs edilir.

"Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı hərəkətlərinin təməlində işğalçılıq dayanır"

30 May 2017 18:34

Ermənistanın Türkiyə və Azərbaycanda törətdiyi qətliamlar eyni məqsəd daşıyır. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyə Prezidentinin müşaviri Professor Dr. Seyit Sertçeliyin, ermənilərin 1915-ci il hadisələri ilə bağlı yalanlarını ifşa edən "Rus və Erməni Mənbələri İşığında Erməni Problemi və Meydana Çıxma Prosesi 1678-1914" adlı ikicildlik əsərinin Bakıda təşkil olunan təqdimatı zamanı deyib.

Növbəti IX sinif buraxılış imtahanının NƏTİCƏLƏRi AÇIQLANDI

30 May 2017 18:33

Dövlət İmtahan Mərkəzi martın 12-də Naxçıvan Muxtar Respublikası, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Xocavənd, Füzuli, Beyləqan, Ağsu, Ucar, Kürdəmir rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib.

Fond növbəti fərdi jurnalist yazıları müsabiqəsini elan edib

30 May 2017 18:29

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib. Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib

Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən suriyalı saxlanılıb

30 May 2017 18:07

Almaniya polisi Berlində terror aktları törətməyə hazırlaşmaqda şübhəli bilinən 17 yaşlı suriyalını saxlayıb.  Bu barədə Brandenburq federal torpağının daxili işlər naziri Haynts Şröter bildirib. İstintaqın versiyasına görə, yeniyetmə özünü partlatmağa hazırlaşıb.

Ehtiyatsız davranma baha başa gələ bilər

30 May 2017 18:05

Ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurmağa görə daha ağır cəzaların tətbiq edilməsi nəzərdə tutulur. Bu barədə məsələ Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Sarkisyanın Qarabağla bağlı 1 il sonrakı ŞOK PLANI: hakimiyyət üçün Azərbaycanla...

30 May 2017 18:03

“Serj Sarkisyan 2018-ci ildə hakimiyyətdə qalmaq üçün hər şeyi edəcək”. Bu barədə qondarma “DQR” “parlamentinin” “deputatı” Ayk Hanumyan deyib. O, Sarkisyanın nə edəcəyini qabaqcadan dəqiq deyə bilməyəcəyini açıqlayıb. Lakin Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı konkret addımların atılacağını istisna etməyib.

Siqaret hər il 7 milyon insanı öldürür

30 May 2017 17:58

Dünyada hər il 7 milyondan çox insan siqaret çəkməkdən ölür. Bu barədə məlumatı Dünya Səhiyyə Təşkilatı yayıb.

Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib

30 May 2017 17:55

Mayın 30-da Bakının Qaradağ rayonunun Qobu qəsəbəsinin ərazisində məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib. Birinci vitse-prezident kompleksin təməlini qoyub. Mehriban Əliyeva mərasimdə çıxış edib. Sonra Baş nazirin müavini Əli Həsənov, “Paşa İnşaat” şirkətinin layihə rəhbəri Kamil Əliyev, Şuşa rayonundan məcburi köçkün Vəsilə Xəlilova çıxış ediblər.

Moskvada qasırğa "Aeroflot"un iki təyyarəsini zədələdi

30 May 2017 17:52

Moskva vilayətində ötən gün tüğyan etmiş qasırğa nəticəsində "Aeroflot" aviaşirkətinin iki təyyarəsi ziyan görüb. Təyyarələrin korpusunda əzik və cızıqlar əmələ gəlib. Qasırğanın Moskva hava limanlarında uçuşlara hər hansı təsiri barədə məlumat verilməyib.

Astarada məktəbli ofisiantı bıçaqladı

30 May 2017 17:26

Astara rayonunda məkltəbli kafedə ofisiantı bıçaqlayıb. Məlumata görə, hadisə Astara Bulvarında yerləşən kafelərdən birində baş verib. Belə ki, kafedə ofisiant işləyən, Astara şəhər Heydər Əliyev prospektində yaşayan, 1993-cü il təvəllüdlü Murad Fazil oğlu Qulamzadə 16 yaşlı məktəbli, Əli Məmmədzadə tərəfindən bir neçə bıçaq zərbəsi alıb.