Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən suriyalı saxlanılıb

Almaniya polisi Berlində terror aktları törətməyə hazırlaşmaqda şübhəli bilinən 17 yaşlı suriyalını saxlayıb.  Bu barədə Brandenburq federal torpağının daxili işlər naziri Haynts Şröter bildirib. İstintaqın versiyasına görə, yeniyetmə özünü partlatmağa hazırlaşıb.

Almaniya polisi Berlində terror aktları törətməyə hazırlaşmaqda şübhəli bilinən 17 yaşlı suriyalını saxlayıb.  Bu barədə Brandenburq federal torpağının daxili işlər naziri Haynts Şröter bildirib. İstintaqın versiyasına görə, yeniyetmə özünü partlatmağa hazırlaşıb. Şübhəli şəxsi Berlinin şimal-şərqində yerləşən Ukkermark bölgəsində saxlayıblar. Yeniyetmənin nə zaman, harada və hansı formada partlayışı həyata keçirməyi planlaşdırdığı barədə məlumat verilmir. Onun adı ad açıqlanmır.

Qeyd edək ki, Almaniyada son bir il ərzində bir neçə dəfə insanlara hücum hallarına şahidlik edilib. "Report" "Reuters"ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31