Astarada məktəbli ofisiantı bıçaqladı

Astara rayonunda məkltəbli kafedə ofisiantı bıçaqlayıb. Məlumata görə, hadisə Astara Bulvarında yerləşən kafelərdən birində baş verib. Belə ki, kafedə ofisiant işləyən, Astara şəhər Heydər Əliyev prospektində yaşayan, 1993-cü il təvəllüdlü Murad Fazil oğlu Qulamzadə 16 yaşlı məktəbli, Əli Məmmədzadə tərəfindən bir neçə bıçaq zərbəsi alıb.

Astara rayonunda məkltəbli kafedə ofisiantı bıçaqlayıb. Məlumata görə, hadisə Astara Bulvarında yerləşən kafelərdən birində baş verib. Belə ki, kafedə ofisiant işləyən, Astara şəhər Heydər Əliyev prospektində yaşayan, 1993-cü il təvəllüdlü Murad Fazil oğlu Qulamzadə 16 yaşlı məktəbli, Əli Məmmədzadə tərəfindən bir neçə bıçaq zərbəsi alıb. Yaralı ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, M.Qulamzadəyə qarının ön divarının, döş qəfəsinin və sol yan səthinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. O, əməliyyat olunub. Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən məktəbli Ə.Məmmədzadə saxlanılıb. Faktala bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31