Özbəkistanın xalq şairi Yunus Oğuzla görüşüb
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycandakı Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə Özbəkistan ədəbiyyatının nümayəndələrinin Azərbaycan Respublikasına yaradıcılıq səfərinə gəliblər. Nümayəndə heyəti səfər çərçivəsində yazıçı-publisist, tarixi romanlar müəllifi, “Olaylar” qəzeti və eyni adlı xəbər agentliyinin baş redaktoru Yunus Oğuzla görüşüblər.
30 May 2017 18:49 SosialÖzbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycandakı Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə Özbəkistan ədəbiyyatının nümayəndələrinin Azərbaycan Respublikasına yaradıcılıq səfərinə gəliblər. Nümayəndə heyəti səfər çərçivəsində yazıçı-publisist, tarixi romanlar müəllifi, "Olaylar" qəzeti və eyni adlı xəbər agentliyinin baş redaktoru Yunus Oğuzla görüşüblər. "Olaylar" qəzetinin redaksiyasında baş tutan görüşdə Y.Oğuz qonaqlara rəhbərlik etdiyi media orqanının fəaliyyəti və gələcək yaradıcılıq planları barədə məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi media holdinqinə gündəlik qəzet və xəbər agentliyi daxildir. Sözügedən media orqanında xəbərlər Azərbaycan, rus, ingilis, türk dillərində yayımlanır. Yaradıcılıq planlarından danışan Y.Oğuz qeyd edib ki, tarixi romanlar yazmaq elə də asan məsələ deyil. Bunun üçün üzünmüddətli araşdırmalar aparmaq, çoxlu mənbələr oxumaq lazımdır: "Məsələn, mən Strabonun nəşrlərini araşdıranda 550 türk sözü tapdım. "Əmir Teymur" kitabının Özbəkistanda çapı zamanı bir sıra maneələrlə üzləşdim. Kimin qapısını döyürdümsə deyirdilər yabançı ölkənin yazarının bu mövziya toxunmasına ehtiyac yoxdur. Yalnız prezident İslam Kərimova müraciət etdikdən sonra nəfis tərtibatda kitab çap edildi. Nizami adına Universitetdə kitabın təqdimatı zamanı deyəndə ki, sonuncu atabəy türk dövlətlərini birləşdirmək istəyirdi, etirazla qarşılandım. Onda qeyd etdim ki, ümumiyyətlə Əmir Teymur azərbaycanlı olub".
Özbəkistanın Xalq Şairi, tanınmış tərcüməçi, alim Camal Kamal qeyd edib ki, Azərbaycana səfərin məqsədi ölkələrimiz arasında mövcud olan ədəbi əlaqələrin dərinləşdirilməsi, mübadiləsi və Azərbaycanda Özbəkistan ədəbiyyatının nümayəndələrinin irsi və yaradıcılığının təbliğidir: "Ümid edirəm ki, bu səfər iki ölkə ədibləri arasında əməkdaşlığa yeni nəfəs verəcək". Əlişir Nəvai adına Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin alimi, filoloq Gülbahor Aşurova bildirib ki, onun ölkəsində Y.Oğuzun kitabları oxunub və çox bəyənilib: "Xüsusən gənclər Yunus bəyin tarixi romanlarını çox sevirlər".
Millət vəkili Qənirə Paşayeva bildirib ki, səfər çərçivəsində Bakı şəhərində Özbəkistanın Xalq Şairi, tanınmış tərcüməçi, alim, yaradıcılığı Azərbaycan və Şərq ədəbiyyatı ilə sıx bağlı olan Camal Kamalın 80 illik yubileyi keçiriləcək. Bununla əlaqədar olaraq, 31 may tarixində Azərbaycan Yazıçılar Birliyinin Natavan Klubunda Özbəkistanın xalq şairi, Azərbaycan ədəbiyyatının yaxın dostu olan Camal Kamalın 80 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq.
Əlişir Nəvai adına Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin alimi, filoloq Gülbahor Aşurova bildirib ki, Camal Kamal yubiley mərasiminə əliboş gəlməyiblər. O, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin özbək dilinə tərcümə edildiyi və Daşkənddə yenicə çapdan çıxmış Leyli və Məcnun əsərini Azərbaycan oxucularına təqdim edəcək.
Qeyd edək ki, tərcüməçi Camal Kamal Nizami Gəncəvinin iki əsərini "Sirlər xəzinəsi" və "Leyli və Məcnun" əsərlərini özbək dilinə tərcümə etmiş və sözügedən əsərlər Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə çap edilib. Hazırda şair, tərcüməçi Nizami Gəncəvinin "İskəndərnamə" əsərini özbəkcəyə tərcüməsi üzərində işləyir. Səfər çərçivəsində özbək ədəbiyyatının nümayəndələri şərqin nüfuzlu və qədim ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin ədəbiyyatşünas-alimləri görüşləri planlaşdırılır. Özbək ədəbiyyatçıları həmçinin Azərbaycanın görkəmli şair və yazıçılarının dəfn olunduğu Fəxri Xiyabanı ziyarət edəcəklər.
Qeyd edək ki, Camal Kamalın yaradıcılığında Azərbaycan ədəbiyyatı xüsusi yer tutur. Camal Kamal Azərbaycan şairləri Bəxtiyar Vahabzadənin Məhəmməd Füzuli barədə yazdığı "Şəbi-Hicran" (Ayrılıq gecəsi) və Xəlil Rza Ulutürkün Nəsimiyə ithaf etdiyi "Fəryad" poeması və bir sıra şeirləri özbək dilinə tərcümə edib. Onu Azərbaycan şair və ədəbiyyatşünasları ilə dostluq əlaqələri bağlayır. O, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə ilə sıx dostluq əlaqələri olub.
Camal Kamal 40-dan çox əsəri rus, fars, ingilis dillərindən özbək dilinə tərcümə edib. Onların əksəriyyəti dünya klassikasının şedevrləri hesab olunur.
Alim