Moskvada qasırğa "Aeroflot"un iki təyyarəsini zədələdi
Moskva vilayətində ötən gün tüğyan etmiş qasırğa nəticəsində "Aeroflot" aviaşirkətinin iki təyyarəsi ziyan görüb. Təyyarələrin korpusunda əzik və cızıqlar əmələ gəlib. Qasırğanın Moskva hava limanlarında uçuşlara hər hansı təsiri barədə məlumat verilməyib.
30 May 2017 17:52 DünyaMoskva vilayətində ötən gün tüğyan etmiş qasırğa nəticəsində "Aeroflot" aviaşirkətinin iki təyyarəsi ziyan görüb. Təyyarələrin korpusunda əzik və cızıqlar əmələ gəlib. Qasırğanın Moskva hava limanlarında uçuşlara hər hansı təsiri barədə məlumat verilməyib.
Qeyd edək ki, ötən gün Moskvada qasırğa olub. Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları, ağaclar aşıb, şəxsi avtomobillərə zərər dəyib. Moskvada güclü qasırğa nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31