Vahid Əhmədov: “32 bank  Azərbaycan üçün çoxdur”

“Bankların bu gün veridiyi kreditlər özlərinə məxsus sərbəst kapital deyil, daha çox əhalinin depozitləridir. Ona görə də, bankların bu gün əsas problemləri öz kapitalı ilə bağlı deyil, götürdüyü öhdəliklərdir”. “Olaylar” xəbər verir ki, bu sözləri bu gün Tərəfsiz Jurnalistlər Birliyinin keçirdiyi tədbirdə bank mütəxəssisi Ramin Bayramov qeyd edib.

"Bankların bu gün veridiyi kreditlər özlərinə məxsus sərbəst kapital deyil, daha çox əhalinin depozitləridir. Ona görə də, bankların bu gün əsas problemləri öz kapitalı ilə bağlı deyil, götürdüyü öhdəliklərdir". "Olaylar" xəbər verir ki, bu sözləri bu gün Tərəfsiz Jurnalistlər Birliyinin keçirdiyi tədbirdə bank mütəxəssisi Ramin Bayramov qeyd edib.

R.Bayramovun sözlərinə görə, bank və müştəri arasında yaranmış problemin obyektiv bə subyektiv səbəbləri var: "Burada problemə 3 istiqamətdə baxmaq lazımddır. Birincisi, vaxtilə  bankların özlərinin apardığı kredit siyasətidir. İkincisi, devalvasiyadan sonra ödəmə qabiliyyəti zəifləyən istehlakçlar oldu. Üçüncüsü isə, fürsətdən istifadə edərək qəsdən kreditlərini ödəməyənlər oldu. Onlar prezidentin kreditləri bağışlayacağını düşünərək ödəməkdən imtina edirlər". Bank mütəxəssisi deyir ki, banklar ölkənin əsas maliyyə dayaqlarından biridir: "Təəssüf ki, ölkə iqtisadiyyatının  əsas maliyyə dayağı olan bankların əksəriyyəti ili zərərlə başa vurub. Kreditlərin qaytarılmaması da aktivlərin bərpa olunmamasına gətirib çıxarır. Nəticədə əhalinin depozitlərinin geri qaytarılmasında problemlər yaşanır. Təbii ki, banklarda heç də bütün əmanətlər sığortalı deyil". Millət vəkili Vahid Əhmədov da bildirib ki, Azrəbaycanda kredit mədəniyyəti çox aşağıdır: "Vətəndaş kredit götürərkən onu qaytara bilib-bilməyəcəyini fikirləşməlidir. Digər tərəfdən, vətəndaşlar müqavilələri oxumadan borc götürəndən sonra çətinlikləri meydana çıxır. İki devalvasiyadan sonra isə bankların vəziyyəti pisləşdi.  Onlar ciddi maliyyə sanksiyalarına məruz qaldırlar.  Cənab prezident öz çıxışında da bildirdi ki, 2016-ci ildə Azərbaycan iqtisadiyyatına ən böyük ziyanı bank sektoru vurub. Vaxtilə bank sektorunda bahalı kredit siyasətinin yeridilməsi problemlərin böyüməsinə gətirib çıxardı. Hazırda kreditlərlə bağlı mənə çoxlu müraciətlər daxil olub. Elə bank yoxdur ki, ora məktub göndərməyim. Banklar şəraiti nəzərə alaraq, müəyyən güzəştlərə gedirlər. Amma bu o demık deyil ki, hər kəsə güzəştə gedilməlidir". V.Əhmədov bildirib ki, ölkədə bankların sayının azaldılması gözlənilir: "Maliyyə Bazarlarına Nəzarət Palatası bankların diaqnostikasını aparandan sonra bəzilərini bağlamaq qərarını verdi. Vaxtilə 43 bank fəaliyyət göstərirdisə, bu gün onların sayı 32-yə enib. Mən hesab edirəm ki, 32 bank da Azərbaycan üçün çoxdur.  Yaxşı kapitala, likvidikliyə malik olması üçün bankların müəyyən qədər nizamnamə kapitalı mövcud olmalıdır. Çalışmaq lazımdır ki, kiçik banklar iri banklar ətrafında birləşsin. Ola bilsin ki, bəzi banklar yenə bağlansın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31