Muzeydə “Azərbaycanda xristianlığa multikultural baxış tarixindən” adlı seminar

Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Tarixi Muzeyində bu mövzuda silsilə tədbirlər keçirilir. Muzeydən “Olaylar” – a bildirlib ki, tədbirlər planı ilə əlaqədar bu gün muzeydə Bilik Fondunun dəstəyi ilə “Azərbaycanda xristianlığa multikultural baxış tarixindən” adlı seminar keçirilib. Seminarda H.Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar elmlər liseyinin yuxarı sinif şagirdləri, Muzeyin “Gənc muzeysevərlər və muzeyşünaslar” klubunun və dini icmaların üzvləri, muzey əməkdaşları və b. iştirak ediblər.

Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Tarixi Muzeyində bu mövzuda silsilə tədbirlər keçirilir. Muzeydən "Olaylar" - a bildirlib ki, tədbirlər planı ilə əlaqədar bu gün muzeydə Bilik Fondunun dəstəyi ilə "Azərbaycanda xristianlığa multikultural baxış tarixindən" adlı seminar keçirilib. Seminarda H.Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar elmlər liseyinin yuxarı sinif şagirdləri, Muzeyin "Gənc muzeysevərlər və muzeyşünaslar" klubunun və dini icmaların üzvləri, muzey əməkdaşları və b. iştirak ediblər.

Seminarı Muzeyin elmi işlər üzrə direktor müavini t.ü.e.d. Nərgiz Əliyeva açaraq iştirakçıları salamladı və multikulturalizm mövzusundakı bu cür tədbirlərin maarifləndirici əhəmiyyətini qeyd etdi. Daha sonra Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin əməkdaşı, t.ü.f.d. Əli Fərhadov "Azərbaycan mütəfəkkirlərinin xristianlığa multikultural baxışı və türkdilli xristian nəşrləri tarixindən", t.ü.f.d. Fuad Ağayev "Azərbaycan-Rusiya mədəni əlaqələri tarixindən - XIX-XX əsrin əvvəlləri", elmi işçi Zülfiyyə Cəlilova "Osmanlıda erməni məsələsi - XIX əsr", Vineyard Protestan dini icmasının katibi Hacı Zeynaloğlu "Vineyard protestan icmasının tarixindən" və Yevangeliya-Lüteran dini icmasının sədri Vera Nestorova "Yevangeliya-Lüteran dini icmasının tarixi" mövzularında çıxış etmişlər. Natiqlər Azərbaycanda xristianlığa multikultural baxış və multikultural dəyərlər, tolerantlıq ənənələri mövzusunda geniş məlumat veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31