Bakıda qadın sürücü 130 minlik maşınla qəza törətdi
Bu gün Nəsimi rayonu, Vaqif küçəsində yol qəzası baş varib. Məlumata görə, "Mercedes GL" markalı, 90 VJ 099 dövlət nömrə nişanlı avtomobillə "Hyundai Santafe" markalı, 90 HM 466 dövlət nömrə nişanlı avtomobil toqquşub. "Mercedes"in vurduğu zərbədən idarəetməni itirən "Hyundai" səkiyə çıxaraq ağaca dəyib.
30 May 2017 17:09 Sosial"Mercedes"in vurduğu "Hyundai" yoldan çıxaraq parka girib
Bu gün Nəsimi rayonu, Vaqif küçəsində yol qəzası baş varib. Məlumata görə, "Mercedes GL" markalı, 90 VJ 099 dövlət nömrə nişanlı avtomobillə "Hyundai Santafe" markalı, 90 HM 466 dövlət nömrə nişanlı avtomobil toqquşub. "Mercedes"in vurduğu zərbədən idarəetməni itirən "Hyundai" səkiyə çıxaraq ağaca dəyib.
Hadisə şahidlərinin Avtosfer.az-a bildirdiyinə görə, 130 minlik "Mercedes"in sükanı arxasında qadın sürücü olub. O, hadisə yerinə gələn jurnalistlərə təzyiq göstərərək çəkiliş aparmağa imkan verməyib və maşının nömrəsini açıb gizlətmək istəyib.
Avtosfer.az-ın apardığı araşdırma zamanı isə məlum oldu ki, həmin "Mercedes GL" Fuad adlı şəxsə məxsusdur və heç kimə etibarnamə verilməyib. Avtosfer.az