Binəqədi icra başçısı növbəti səyyar görüş keçirib

Biləcəri qəsəbəsi, məhəllə 5057/68 ünvanında yerləşən 284 saylı orta məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Biləcəri qəsəbəsi sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Biləcəri qəsəbəsi, məhəllə 5057/68 ünvanında yerləşən 284 saylı orta məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Biləcəri qəsəbəsi sakinləri ilə növbəti səyyar görüşü keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər. Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışıb. Daha sonra qəsəbə sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31