Quba Perinatal Mərkəzində seminar
Ana və uşaq sağlamlığının qorunması Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir. Nazirlikdən “Olaylar” – a bildirlib ki, bu sahədə həyata keçirilən tədbirlər sırasında maarifləndirmə tədbirlərinə xüsusi önəm verilir. Maarifləndirmə tədbirləri çərçivəsində Səhiyyə Nazirliyinin və BTM-nin Uşaq Fondunun birgə təşkilatcılığı ilə KİV nümayəndələri üçün ana südü ilə qidalanmanın əhəmiyyətinə dair seminarlar silsiləsinin keçirilməsinə başlanılmışdır. Bu qəbildən olan növbəti seminar Quba Perinatal Mərkəzində keçirilib.
30 May 2017 14:56 SosialAna və uşaq sağlamlığının qorunması Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir. Nazirlikdən "Olaylar" - a bildirlib ki, bu sahədə həyata keçirilən tədbirlər sırasında maarifləndirmə tədbirlərinə xüsusi önəm verilir. Maarifləndirmə tədbirləri çərçivəsində Səhiyyə Nazirliyinin və BTM-nin Uşaq Fondunun birgə təşkilatcılığı ilə KİV nümayəndələri üçün ana südü ilə qidalanmanın əhəmiyyətinə dair seminarlar silsiləsinin keçirilməsinə başlanılmışdır. Bu qəbildən olan növbəti seminar Quba Perinatal Mərkəzində keçirilib.
Aparıcı KİV nümayəndələrinin iştirak etdiyi seminarda ana südü ilə qidalanma sahəsində mövcud vəziyyətə toxunulub.Bu sahədə maarifləndirməni gücləndirmək məqsədilə UNICEF və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hər ilin avqust və oktyabr aylarının ilk həftələrində ana südünün üstünlüklərinə həsr edilən "Ana südü həftəsi" keçirilir. Həmin tədbirin təşkilində əsas məqsəd ana südünün üstünlükləri, onunla qidalanmağın vacibliyi və bu sahədə ananın məsuliyyətini artırmaqdan ibarətdir.