İŞİD-in Qərblə bağlı hədəfi

Son aylar beynəlxalq terrorizm Avropanı ciddi şəkildə təhdid etməyə başlayıb. Bir neçə gün əvvəl İngiltərənin Mançester şəhərində baş verən terror aksiyası da bunu deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, Mançester terraktından əvvəl isə anoloji problemi Fransa, Belçika və Rusiya yaşamışdı.

Təşkilatın gücünü artırmaq, yeni terraktlar həyata keçirmək

Son aylar beynəlxalq terrorizm Avropanı ciddi şəkildə təhdid etməyə başlayıb. Bir neçə gün əvvəl İngiltərənin Mançester şəhərində baş verən terror aksiyası da bunu deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, Mançester terraktından əvvəl isə anoloji problemi Fransa, Belçika və Rusiya yaşamışdı.

22 may tarixində Mançesterdə meydana gələn bombalı hücumun Liviya mənşəli Böyük Britaniya vətəndaşı olan İŞİD xadimi tərəfindən həyata keçirildiyi məlum oldu. Politoloq Cəbrayıl Fərzəliyev deyib ki, Mançester terraktı 2017-ci ilin əvvəllindən indiyə qədər Avropada baş verən dördüncü böyük terror aktı kimi tarixə düşdü. O, bildirib ki, mart ayından bu vaxta qədər hər ay Avropanın önəmli bir şəhərində böyük miqyaslı terror aktı həyata keçirilməyə başlanılıb: "Halbuki bu hücumların təşkilatçısı olan İŞİD-ə qarşı ABŞ və Avropa ölkələrinin başçılıq etdiyi beynəlxalq koalisiya tərəfindən intensiv əməliyyatlar həyata keçrilir. Qərb bu əməliyyatlarla İŞİD-ın yaratdığı təhdidin azalacağına güman edirdi. Ancaq koalisiyanın yaranmasından bəri hücumlar azalmadı, əksinə, artdı". Politoloqun sözlərinə görə, Avropada İŞİD terrorunun artmasına baxmayaraq, terror təşkilatının zəiflədiyi müşahidə edilir. Onun sözlərinə görə, terror təşkilatı 2014-ci ildə çatdığı "zirvə" nöqtəsindən indiyə kimi İraqda nəzarət etdiyi torpaqların 83, Suıriyada isə 56 faizini itirib: "Üç il əvvəllə müqayisədə təşkilatın silahlı hərbiçi sayında böyük ölçüdə azalma var. İŞİD-in sahib olduğu iqtisadi resurslar və illik gəliri yarıya qədər azalıb. Yəni bütün bu faktorlar əslində İŞİD-in zəiflədiyinə bir siqnaldır. Dünyanın müxtəlif bölgələrindən təşkilata olan qatılmalarda da çox böyük bir azalma var. Üstəlik, bu terror təşkilatına qoşulmaq istəyənlər olsa da, İŞİD-ə qoşulma yolları xeyli dərəcədə zəifləyib. Yəni, kənardan iştirak minimum səviyyəyə enib. Bu münaqişənin nəticəsində yəqin ki, bildiyimiz və ya bildiyimizi sandığımız IŞİD ortadan qalxacaq. Lakin təşkilatın tamamilə dağıldığına və bundan sonra nə edəcəyini bilməz bir şəkildə hansı şəkildə davranacağına dair bir işarə yoxdur". Cəbrayıl Fərzəliyev onu da əlavə edib ki, bütün bunlara rəğmən təşkilat Mosulda son küçəyə qədər müqavimət göstərir. İraqda bir çox şəhəri itirməsinə baxmayaraq, ölkənin müxtəlif yerlərində bombalı hücumlarını və İraq təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücum aktlarını fəal şəkildə davam etdirir: "Suriyada öz maraqlarına görə qalıb münaqişəni davam etdirməyə və ya itki vermədən çəkilməyə üstünlük verir. Paytaxtı sayılan Rakkada yeni bir şəhər müharibəsinə hazırlaşır. Lakin bunları edərkən, lider heyətinin və uzun perspektivdə özü üçün kritik əhəmiyyət daşıdığını düşündüyü "xarici" üzvlərinin daha etibarlı sahələrə çəkildiyi xəbərləri gəlir". Politoloq onu da deyib ki, ancaq təşkilatın iqtisadi resurslarının azalması və təbliğat

qabiliyyətində zəifləmə onun tamamilə yox olması anlamına gəlmir: "İŞİD-in yaşaması virtual şəxsiyyətlərə bağlıdır. İŞİD bu müddət ərzində cihadçı hərəkətləri ilə bir dövlət qurmaq istədi. Bu dövlət, sadəcə qurulduğu Suriya və İraq ərazilərini əhatə etmirdi. Ona dünyanın digər yerlərindən də əlavə qatqılar oldu. Asiya və Afrikada bəzi təşkilatlar,İŞİD-ə qatıldığını elan edərək nəzarət etdikləri əraziləri İŞİD-in torpaqları saydılar. Ancaq bu "qlobalizasiya"getdikcə zəifləyir. İŞİD, qədim BƏƏS-çi,iraqlıların, ya da bəzi sünni ərəb tayfalarının bir araya gələrək yaratdığı iraqlı, ya dasuriyalı radikal bir struktur deyil". İŞİD-lə "Əl-Qaidə"ni müqayisə edən politoloq deyib ki, bu iki qurum fərqli təşkilatlardır: "Təşkilatlanma, liderlik, yol və hətta ideologiya baxımından onlar arasında əhəmiyyətli fərqlər var. Lakin, hər ikisi ortaq bir təcrübəyə sahibdirlər. Hər ikisi aldıqları öldürücü zərbələrdən sonra yenidən təşkilatlanmaq və həyatda qalmaq üçün özlərinə ən uyğun metodları seçməyə çalışır. 2002-dən sonra təşkilat Avropa, Asiya və Afrikada müxtəlif aksiyaları keçirmişdi. İŞİD2007-2010-cu illər arasında İraqda nəzarət etdiyi sahələri itirəndə səhraya çəkildi və yenidən təşkilatlandı. O, "Əl-Qaidə" qədər qlobal bir ekranı, daha güclü yerli və regional təşkilatlanması olan bir təşkilatdır. Bu səbəblə torpaqlarını dəyişdikcə, varlığını davam etdirmək üçün müəyyən dərslər çıxararaq hərəkət etməyə çalışır.Düzdür, İŞİD, Əl-Qaidə olmasa da,amma ondan çox şey öyrənir. Qərbə bağlı qarşısına qoyduğu ən əhəmiyyətli şey isə orada öz xəyali camaatına qatılan bir kütlənin olmasıdır. İndi, təşkilatın hədəfi fiziki gücünü artıraraq, öz gücünə yeni bir güc qatmaqdan ibarətdir. Ona görə də təəssüf hissi ilə qeyd etmək olar ki, terror hücumları böyük ehtimalla hələ davam edəcək".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31