Bağdadda iki partlayış törədilib, 20 nəfər ölüb, 60 nəfər yaralanıb

İraqın paytaxtı Bağdadda törədilən ikinci partlayış nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb. Bu barədə yerli təhlükəsizlik xidməti və şahidlər bildiriblər. Partlayış avtomobilə qoyulan bombanın partlaması nəticəsində olub.

Qeyd edək ki, digər partlayış Bağdadın mərkəzində dondurma dükanının yaxınlığında törədilmişdi. Həmin hadisə nəticəsində 13 nəfər ölüb, 30 nəfər isə yaralanmışdı. Terrorun məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb. "Report" "Al-Jezeera"ya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31