Müdafiə Nazirliyi ehtiyat zabit və gizir hazırlığı kurslarına namizədlər qəbul edir

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunacaq “Ehtiyat zabit hazırlığı kursu”na və “Gizir (miçman) hazırlığı kursu”na namizədlərin qəbulu elan edilir. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, “Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq istəyən namizədlər 20 iyun 2017-ci il tarixdən 10 iyul 2017-ci il tarixədək ərizə ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər: Qəbul olunmaq üçün müraciət etmiş namizədlər test üsulu ilə ümumi fənlərdən və fiziki hazırlıqdan keçirilən imtahanlara cəlb edilirlər.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunacaq "Ehtiyat zabit hazırlığı kursu"na və "Gizir (miçman) hazırlığı kursu"na namizədlərin qəbulu elan edilir. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, "Ehtiyat zabit hazırlığı kursu"na qəbul olunmaq istəyən namizədlər 20 iyun 2017-ci il tarixdən 10 iyul 2017-ci il tarixədək ərizə ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər: Qəbul olunmaq üçün müraciət etmiş namizədlər test üsulu ilə ümumi fənlərdən və fiziki hazırlıqdan keçirilən imtahanlara cəlb edilirlər. "Gizir (miçman) hazırlığı kursu"na qəbul şərtləri: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində təşkil olunan "Gizir (miçman) hazırlığı kursu"na müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar qəbul olunurlar. "Gizir (miçman) hazırlığı kursu"na qəbul olunacaq namizədlərlə kursu bitirdikdən sonra 5 il müddətinə könüllü qaydada gizirlərin (miçmanların) həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma imzalanır. "Gizir (miçman) hazırlığı kursu"na qəbul olunmaq istəyən namizədlər isə 1 iyul 2017-ci il tarixdən 12 iyul 2017-ci il tarixədək ərizə ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31