Qarabağla bağlı kimsə fikirləşmir

Parisdə bağlı qapılar arxasında 3 saata yaxın görüş keçirən Fransa rəhbəri E.Makronla Rusiya Prezidenti V.Putin görüşdən sonra jurnalistlər üçün müzakirə mövzuları ilə bağlı açıqlamalar veriblər. E. Makron görüşün qarşılıqlı anlaşma əsasında keçdiyini bildirib. Rusiya və Fransa arasında əməkdaşlığın inkişafının vacibliyindən danışıblar.

Putin və Makron görüş zamanı Ukrayna problemini də müzakirə ediblər. Prezidentlər Ukrayna münaqişəsinin həlli ilə bağlı Minsk razılaşmasının həyata keçirilməsi haqqında danışıblar. Makron tez bir zamanda Normand formatında görüşün keçirilməsinin vacibliyini bildirib.

"OLAYLAR"-ın xəbərinə görə, görüş barədə fikirlərini bildirən müstəqil ekspert Rövşən Məmmədli deyib ki, Minsk qrupunun 3 həmsədr dövlətinin ikisinin prezidentləri görüşüb hər şeydən danışsalar da, təəssüflər olsun ki, Qarabağ məsələsinə toxunmayıblar: "Yəni bu haqda danışdıqları barədə jurnalistlərə bir söz deməyiblər. Deməli Qarabağla bağlı kimsə fikirləşmir. Odur ki, xalqımız özü öz problemi ilə bağlı papağını qabağına qoyub fikirləşməli və bir araya gəlib hay faşistləri işğal altda olan torpaqlarımızdan qovmalıyıq...Kimsədən kömək gözləmək özünü aldatmaqdır. Gəlin aldananlardan olmayaq, bacaranlardan, qalib gələnlərdən olaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31