Çimərliklərlə bağlı yoxlamaların nəticələri yaxın günlərdə açıqlanacaq

"Ölkəmizdə çimərliklərin yararlılığını təyin etmək üçün mayın 16-dan dəniz suyunun yoxlanılmasına başlanıb". Bu barədə  Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov məlumat verib.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar analizlərin götürülməsinin ləngidiyini deyən şöbə müdiri söyləyib ki, artıq Abşeron yarmadasının 6 inzibati rayon ərazisini, eyni zamanda respublikanın cənub və şimal zonalarını əhatə edən dəniz sularının analizi yekunlaşıb. Onun sözlərinə görə, hazırda tədqiqat işləri davam edir və yekun nəticələr iyunun 5-nə kimi açıqlanacaq.

Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümü iyun ayının 15-də başlayacaq. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31