Nazim Hikmət anısına rəsm sərgisi
30 May 2017 12:22 Ədəbiyyatİyunun 3 - 11 - də Türkiyənin Şişli Bələdiyyəsi tərəfindən Nazim Hikmətin ölümünün 54 - cü il dönümü münasibəti ilə rəsim sərgisi təşkil olunacaq. Sərgi Nazim Hikmət adına Mədəniyyət və Sənət evində Heydər Özayın təşkilatçılığı ilə həyata keçiriləcək.
Rəssam Heydər Özayın 24 əsərinin yer alacağı sərgidə Nazim Hikmətin "Salxım söyüt", "Masalların masalı" şeirlərinin rəsm versiyası, şairin şeirlərinə yazılmış mahnılardan ibarət olan "Lukus hayat" operettsından ibarət rəsmlərdə yer alacaq. Nazim Hikmətin Bursa, Çankırı həbsxanalarında yazdığı şeirləri də rəsm əsərlərində nümayiş olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31