Gündəm
Formula 1-ə bilet alanlara xüsusi endirimlər ediləcək
Formula 1 Azərbaycan Qran Prisinə bilet alanlara xüsusi endirimlər ediləcək. Bu, Bakı Şəhəri Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Turizm və Milli Mətbəxin İnkişafına Dəstək İctimai Birliyi arasında "Formula 1 Azərbaycan Qran Prisinin ölkə turizminin inkişafına dəstəyi" layihəsi çərçivəsində əməkdaşlığa dair imzalanan anlaşma memorandumunda öz əksini tapıb.
Azərbaycanlı biznesmeni qətlə yetirən şəxs Qazaxıstanda tutuldu
Xaçmazda iş adamını qətlə yetirməkdə təqsirləndirilən şəxs Qazaxıstanda tutulub. Bu barədə Xaçmaz Rayon Polis Şöbəsindən bildirilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 2016-cı il iyunun 16-da Xaçmaz şəhərində yaşayanİlqar Məmmədovu qətlə yetirmək təqsirləndirilən Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlüRüstəmov Vüsal Arif oğlunun Rusiyaya, oradan da Qazaxıstana qaçması müəyyən edilib. Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə V.Rüstəmov Qazaxıstanda tutularaq Azərbaycana gətirilib və istintaqa təhvil verilib.
Bakıda polisin ölümü ilə bağlı yeni faktlar: "PORSCHE"Nİ SÜRƏN KİMDİR? - ADLAR AÇIQLANDI - YENİLƏNİB - VİDEO
Bakıda polis avtomobili minik maşını ilə toqquşub. Hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, "SOCAR" yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Səbail Rayon Polis İdarəsinə məxsus "Fiat Doblo" markalı avtomobil "Porsche" markalı maşınla toqquşub. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Moskvada qasırğa: 14 nəfər öldü, 150 nəfər xəstəxanalara yerləşdirildi - YENİLƏNİB
Moskvada güclü qasırğa nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb. Rusiya Tədqiqat Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun verdiyi məlumata görə, 11 nəfərin paytaxtda, 3 nəfərin isə Moskva vilyətində həlak olması barədə məlumat daxil olub. Moskva Səhiyyə Departamentinin rəhbəri Aleksey Xripun isə hazırda tibb müəssisələrində 108 nəfərin, o cümlədən 20-dən çox uşağın olması barədə xəbər verib.
“Lotu Quli”nin adamlarına silahlı hücum: yaralılar var
Dünən Ukrayna KİV-i Odessada iki azərbaycanlının - Gürcüstan vətəndaşı İlham Hacıyev və Oktay Arxalının həyatına sui-qəsd edildiyi barədə məlumat yayıb. O da bildirilib ki, onlar nüfuzlu "qanuni oğru", Quli ləqəbi ilə tanınan Nadir Səlifovun etibar etdiyi adamlardır.
“İslamiada Azərbaycana Orta Asiya, müsəlman-ərəb dünyasından çoxsaylı turistlərin gəlməsinə səbəb olacaq”
lV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi əlamətdar bir hadisə idi və bu geniş bir məkana və insan potensialına malik İslam dünyasında Azərbaycanın nüfuzunun necə yüksək səviyyədə olmasının göstəricisi idi.
Təyyarə sərt eniş etdi: 1 hərbçi öldü, 5 yaralı var - Rusiyada
Krasnodar Ali Aviasiya Məktəbi Aviabazasının An-26 təyyarəsi Saratov vilayətində sərt eniş edib. İnsident nəticəsində 1 hərbçi ölüb, 5 hərbçi xəstəxanaya yerləşdirilib.
Liviyada terrorçuların mövqelərini bombaladı
Misir Hərbi Hava Qüvvələrinin təyyarələri Liviyada terrorçuların Derna şəhərindəki mövqelərinə hava zərbələri endirib. Hava zərbələri Liviya rəhbərliyi ilə razılaşdırılıb. Mayın 26-da Misirin EL-Minya əyalətində içərisində xristian koptlar olan avtobusa silahlı hücum edilib. Nəticədə 29 nəfər ölüb. Misi
Deputat həbs edildi
20 MİN QADINDAN BİRİ... Türkan Zamanova yazır
Uzun zaman öncəydi Bu güllər qan qırmızısına boyanarkən bölündük Qan və göz yaşları hələ də axır ölən qəlblərə üstümüzdəki bu cənnət Qaranlıq bir pərdə kimi Cənnətin 7 qatı birdən Ürəyimizdə yanır Göz yaşlarımız çeşmələri doldurur Cənnət gözüylə çöllər də çiçəklənə bilir ("Grbavica: Əsmanın sirri" filmdən ağıt)
Qanunsuz abort edən həkimləri DAHA AĞIR CƏZA gözləyir
Şəkidə güclü leysan
Şəkidə küləklə müşahidə olunan yağış, daha sonra doluya çevrilib. Təbii fəlakət nəticəsində yolları su basıb və küçələrdən axan sel suları avtomobillərin hərəkətinə mane olub. Qısa müddət davam edən sel suları yol təsərrüfatına da ziyan vurub. Yollar daş, qum və çınqılla örtülüb. Şəki regional hidrometeorologiya mərkəzindən verilən məlumata görə ən çox yağıntı rayonun Kiçik Dəhnə kəndinə düşüb və burada yağıntının miqdarı 38 millimetr olub, bununla belə kənddə heç bir ciddi fəsad qeydə alınmayıb. (arb)
Astarada REYD: 30 sürücü məsuliyyətə cəlb olundu
Astarada rayon Polis şöbəsinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən minik nəqliyyat vasitələrinin qeyri-qanuni sərnişindaşımaları ilə əlaqədar reyd keçirilib. Şəhərin mərkəzi Heydər Əliyev prospektində və Ələt-Astara magistralının 244 km-də iki saat ərzində aparılan yoxlamalar zamanı 100-dək nəqliyyat vasitəsinə saxlanılaraq baxış keçirilib.
Moskvada TƏBİİ FƏLAKƏT
Səfir Elxan Poluxov “Radio Senado”-da
Azərbaycan Respublikasının Braziliyadakı Səfiri Elxan Poluxov Braziliya Senatını radiosu olan "Radio Senado"-da "Parlamentos do Mundo" proqramında Azərbaycana həsr edilmiş verilişə müsahibə verib. Səfirlikdən "Olaylar" - a bildirlib ki, müsahibə zamanı Səfir Elxan Poluxov Azərbaycanın tarixi, mədəniyyəti, regional layihələri, Azərbaycan Respublikasının Parlamenti və ölkənin qanunverilcilik sistemi, son illər ərzində əldə edilmiş uğurlar və xüsusi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı danışıb.













