Deputat həbs edildi
30 May 2017 09:40 DünyaTürkiyədə Xalqların Demokratik Partiyasından (HDP) deputat seçilən Besimə Qönçə həbs edilib.
Silahlı terror təşkilatına üzvlükdə və terror təbliğatında ittiham edilən qadın deputat daha əvvəl həbs edilsə də, mayın 3-də azadlığa buraxılmışdı. Lakin prokurorluq bununla razılaşmamış və qərara etiraz etmişdi. Mayın 8-də məhkəmə Besimə Qönçənin yenidən saxlanılması barədə qərar qəbul etmişdi.
Deputat 20 gün sonra Batman hava limanında saxlanılıb. Məhkəmə qarşısına çıxarılan Besmiə Qönçə barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, o, azadlığa buraxılarkən ölkəni tərk etməsinə qadağa qoyulmuşdu. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31