Moskvada qasırğa: 14 nəfər öldü, 150 nəfər xəstəxanalara yerləşdirildi - YENİLƏNİB
Moskvada güclü qasırğa nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb. Rusiya Tədqiqat Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun verdiyi məlumata görə, 11 nəfərin paytaxtda, 3 nəfərin isə Moskva vilyətində həlak olması barədə məlumat daxil olub. Moskva Səhiyyə Departamentinin rəhbəri Aleksey Xripun isə hazırda tibb müəssisələrində 108 nəfərin, o cümlədən 20-dən çox uşağın olması barədə xəbər verib.
30 May 2017 11:38 DünyaMoskvada güclü qasırğa nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb. Rusiya Tədqiqat Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun verdiyi məlumata görə, 11 nəfərin paytaxtda, 3 nəfərin isə Moskva vilyətində həlak olması barədə məlumat daxil olub. Moskva Səhiyyə Departamentinin rəhbəri Aleksey Xripun isə hazırda tibb müəssisələrində 108 nəfərin, o cümlədən 20-dən çox uşağın olması barədə xəbər verib.
Qeyd edək ki, ötən gün Moskvada qasırğa olub. Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları, ağaclar aşıb, şəxsi avtomobillərə zərər dəyib. Trend.az
***
Moskvada təqribən 150 nəfər qasırğa səbəbindən xəstəxanalara yerləşdirilib. Moskva Səhiyyə Departamentinin rəhbəri Aleksey Xripunhazırda tibb müəssisələrində 108 nəfərin, o cümlədən 20-dən çox uşağın olduğunu deyib. O, ümumilikdə 168 nəfərin tibbi yardıma müraciət etdiyini bildirib: "Təəssüf ki, Moskvada ölənlərin sayı 11 nəfərdir".
Qeyd edək ki, ötən gün Moskvada qasırğa olub. Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları, ağaclar aşıb, şəxsi avtomobillərə zərər dəyib.