Gündəm

Ərdoğana qarşı sui - qəsd

29 May 2017 16:07

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana qarşı sui-qəsdin qarşısı alınıb. Martın 4-də Tekirdağa səfər edən Ərdoğanı qarşılayan əsgərlər arasında FETÖ terror təşkilatının üzvü də olub. FETÖ-yə bağlı hərbçi hərbi mərasimə qatılaraq, son anda sui-qəsdi həyata keçirmək istəyirmiş.

Kann Kinofestivalının nəticələri elan olundu

28 May 2017 23:45

70-ci beynəlxalq Kann Kinofestivalında az əvvəl nəticələr elan edildi. “Ən yaxşı ssenari” nominasiyasında yunan rejissoru Yorqos Lantimosun “Müqəddəs maralın qətli” qalib olub. Jürinin prizini rus rejissoru Andrey Zvyagintsev “Sevgisizlik” dramına görə qazanıb. “Ən yaxşı aktrisa” nominasiyasında Fatih Akının “Heç yerdən” filmindəki roluna görə Diane Kruger, “Ən yaxşı kişi” rolu nomianasiyasında mükafatı isə Linn Remsinin “Sən heç vaxt burda olmamısan”  ekran işindəki roluna görə Xoakin Feniks alıb.

Göygöldə "Volkswagen" yandı

28 May 2017 21:18

Göygöldə yanğın qeydə alınıb.  Göygöl rayonunda vətəndaşa məxsus "Volkswagen" markalı minik avtomobilin salonunda idarəetmə lövhəsi yanıb.

ABŞ-da silahlı şəxs 8 nəfəri güllələdi

28 May 2017 21:16

ABŞ-da silahlı şəxs 8 nəfəri güllələyib. Hadisə Missisipi ştatında qeydə alınıb. Hücum edən şəxs saxlanılıb. Öldürülənlər arasında polis rəisinin müavini də var. İnsidentin təfərrüatı və atışmanın səbəbi hələ dəqiqləşdirilməyib.

Cocuq Mərcanlıdac 1168 ədəd qəlpə aşkarlandı

28 May 2017 21:13

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb. ANAMA-dan  məlumata görə, gün ərzində 1168 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib.

500 minə yaxın insan evlərini tərk edib evlərini tərk edib

28 May 2017 18:30

ri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 146 nəfərə çatıb. 112 nəfər itkin düşmüş sayılır. 500 minə yaxın insan daşqınlar səbəbidən evlərini tərk etmək məcbutiyyətində qalıblar. Təbii fəlakətlərlə mübarizə mərkəzinin məlumatına görə, 2 minə yaxın ev zərər çəkib və ya tamamilə dağılıb.

İraqda terrorçu özünü partlatdı

28 May 2017 18:27

İraqın şərq əyaləti Diyalada terrorçu-kamikadze özünü partladıb. Partlayış nəticəsində azı 4 nəfər həlak olub, 13 nəfər isə yaralanıb.

Bakıda iş adamının arvadı onu izləyən polis əməkdaşını döyüb

28 May 2017 18:24

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı Barat Abdullayevin dələduzluqda, saxta sənəd düzəltməkdə və polisə müqavimət göstərməkdə ittiham olunan həyat yoldaşı Təyminə Abdullayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Ramella Allaheverdiyevanın sədrlik etdiyi prosesdə zərərçəkmiş qismində Nərimanov rayonunun 17-ci Polis Bölməsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşı Oktay Məmmədov ifadə verib.

ADMİU-da 28 may Respublika günü konserti

28 May 2017 18:21

Mədəniyyət və İncəsənət Universitetində Estrada sənəti kafedrasının müəllimi, Əməkdar artist Səidə Şərifəliyevanın tələbələrinin 28 may Respublika gününə həsr olunmuş konserti keçirilib. Universtetdən "Oaylar" - a bildirilib ki, konsertdə konsertmeyster Fəridə Hüseynovanın müşayiəti ilə Estrada sənəti ixtisasında təhsil alan I kurs tələbələri Elsevər Mustafazadə P.Bülbüloğlunun “Gəl ey səhər”, L.Richie “Hello”, V.Adıgözəlovun “Şərikli çörək” k/f-dən “Sən, ey uşaqlıq”, Ramin Bayramov S.Rüstəmovun “İntizar”, T.Quliyevin “Sən mənimsən, mən sənin”, II kurs tələbəsi Rəşal Kərimov O.Kazıminin “Qızıl toy” tamaşasından “Bakı”, İ.Topçubaşovun “Nə bəxtiyardıq”, E.Sabitoğlunun “Sənsiz keçən günlərim”, III kurs tələbəsi Xanım Əliyeva D.Foster, A.Foster, Gillies “Stand up for love”, T.Quliyevin “İlk bahar” və IV kurs tələbəsi Safa Eldarov P.Bülbüloğlunun “Aman ayrılıq”, E.Cooley “Fever”, M.Ronson, B.Mars “Uptown funk” mahnısını ifa ediblər.

ADMİU-da "İnsan alveri" mövzusunda seminar 

28 May 2017 18:16

Mədəniyyət və İncəsənət Universitetində Sosial İş İctimai Birliyi tərəfindən növbəti dəfə "İnsan alveri" mövzusunda seminar keçirilib. Universitetdən "Olaylar" - a bildirlib ki, seminarda Kulturologiya kafedrasında Sosial iş ixtisası üzrə təhsil alan I, II, III kurs tələbləri və sosial işçilər iştirak edib. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İnsan Alveri Qurbanlarına Xidmət Mərkəzinin rəhbəri Nəzakət Balabəyova tərəfindən tələbələrə "İnsan alveri nədir?", "İnsan alveri qurbanları ilə sosial iş" və "Ölkədə insan alveri qurbanlarına göstərilən xidmətlər" mövzusunda məlumatlar verilib. Mövzular ətrafında tələbələri maraqlandıran suallar geniş şəkildə cavablandırılıb.

Mosulda qadınlara qadağa

28 May 2017 14:33

Muzeydə “Hədəf: Bahar” mənzərəsi

28 May 2017 14:27

Mayın 30 - da Milli İncəsənət Muzeyində "Hədəf: Bahar" mənzərə fotosərgisi  nümayiş olunacaq. Sərgi Azərbaycan təbiətinin gözəlliklərinə, onun rayonlarının landşaft müxtəlifliyinə həsr olunub. Azərbaycan - tamamilə zidd təbii zonalarının məcmusu üzrə unikal ölkədir, burada heyrətamiz təbiət müxtəlifliklərini görmək mümkündür: səhra, çöl, tropik plantasiyalar, qayalıq, dəniz sahili, yayla, dağ çəmənləri, yüksək dağ meşələri, rəngarəng çiçəklənən naxışlarla örtülmüş əzəmətli düzənliklər. Sərginin məqsədi Azərbaycan təbii mirasının gözəlliklərini və müxtəlifliyini foto vasitəsilə nümayiş etdirməkdir. Həmçinin rayonların turizm potensialına maraq artırmaq və mənzərə fotoqrafiyasına incəsənətin bir janrı kimi diqqəti cəlb etməkdir.