Gündəm
Telefon zəngi ölümünə səbəb oldu - Qusarda
Qusarın Yeni həyat kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 53 yaşlı kənd sakini İman Mehdiyeviç Cəbrayılov yaşadığı evin 2-ci mərtəbəsinin pəncərəsində təmir işləri aparan zaman yıxılaraq dünyasını dəyişib. İman Cəbrayılovun yıxılmasına ona gələn telefon zəngi səbəb olub. Mərhum telefonu götürən zaman üzərinə çıxdığı taxta dayaq ayağının altında qaçıb və o, yerə yıxılıb
Məktəbdə qətlə yetirilən Kənan "Son zəng"ə hazırlaşırmış...
PKK-ya daha bir zərbə
Türkiyə Hərbi Hava Qüvvələri bu gün İraqın Avaşin Basyan rayonunda PKK-nın mövqelərinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində 13 PKK terrorçusu və terrorçuların 7 mövqeyi məhv edilib.
Züleyxa Nadir yazır... 99 il yol gələn 28 Mayin şərəf və ləyaqət ölçüsü
28 May Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsidi. 28 May Azərbaycan xalqının əxlaq və namus etiketidi. Bu etiketi yaradanlar Cümhuriyyətin qurucuları olan Məmməd Əmin Rəsulzadığə, Ceyhun Hacıbəyli, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmmədhəsən Hacinski və Üzeyir bəy Hacıbəyli kimi tarixi şəxsiyyətlərdi. “İstiqlal” Bəyannaməsi ilə Azərbaycan dövlətinin qurulduğunu elan edən bu şəxsiyyətlər Azərbaycan xalqının qiymətli sərvətidi.
Şəmkirdə partlayış: yaralanan var
Bu gün səhər saatlarında Şəmkirdə yaşayış evində partlayış olub. Hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb. Kənd sakini 1977-ci il təvəllüdlü Araz Həsənov yaşadığı evdə qaz sızdığını hiss etməyərək siqaret çəkib və bu zaman partlayış baş verib. Hadisə zamanı A.Həsənov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
“Xatirələr” adlı sərgi təşkil olunacaq
Mayın 30 - da Arts Council Azerbaijan "START" layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Gənclər Şəbəkəsi "Xatirələr" adlı sərgisini təşkil edəcək. Sərginin kuratoru Nurziya Xəlilova və Natalya Yarkovayadır. Arts Council Azerbaijan - dan "Olaylar" - a bildirlib ki, "Start" layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Sərgidə müxtəlif üslubda və texnikada işlənən sənət əsərləri; rəngkarlıq, qobelen, heykəltəraşlıq nümünələri təqdim olunacaq.
Litvalı rəssamın "İlham pərisi" Bakıda
Bakıda Litvanın məşhur rəssamı Edita Suxotskitenin əsərlərindən ibarət "İlham pərisi" adlı sərgisi açılıb. "Art Tower" qalereyasından "Olaylar" - a bildirilib ki, "Art Tower" - ın təşkil etdiyi sərgi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Arts Council Azerbaijan" təşkilatı və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baç tutub. Rəssam uzun müddət bütün cizgiləri, kölgələri, nöqtələri düşünür. Yalnız hər şey ürəyincə olmasına əmin olarkən iş prosesinə başlayır. Bu, onun dəst-xəttində xüsusi iz qoyur. Onun əsərlərinin maraqlı cəhəti detallara xüsusi diqqət yetirməsidir. Rəsmlərinin əsasını aydın modellər, parlaq eskiz ifadəliliyi təşkil edir.
23 ayda 23 ilə bərabər fəaliyyət
Şərqdə ilk demokratik respublika, Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından 99 il keçir. Düz 99 il əvvəl Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində paytaxtı əvvəlcə Gəncə, sonra isə Bakı şəhəri olan Azərbaycan Xalq Cümhuriyyəti elan edildi.
Konservatoriyasının rəsmi internet səhifəsi təqdim edildi
Azərbaycan Milli Konservatoriyasının müasir tələblərə cavab verən və geniş texniki imkanlara sahib www.conservatory.az rəsmi internet səhifəsi istifadəyə verilib. AMK-nın mətbuat xidmətindən bildirilib ki, şöbənin müdiri Şəlalə Rzayeva səhifənin funksiyaları barədə ətraflı məlumat verib. Təqdimatda AMK-nın professor-müəllim heyəti və rektor Siyavuş Kərimi iştirak edib. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən səhifə funksionallığı, sürətli keçidlər, sosial şəbəkələrə inteqrasiyası və daha rahat istifadə imkanları ilə fərqlənir.
“Əhməd Hamdi Tanpınar məmləkətdən dünyaya”
Bakı Yunus Əmrə İnstitutunun keçirdiyi "Tanpınarı kəşf edirəm" adlı müsabiqədə qalib gəlmiş 5 yazarın esselərindən ibarət "Əhməd Hamdi Tanpınar məmləkətdən dünyaya" adlı kitab çap olunub. İyunun 8-də institutun konfrans zalında kitabın təqdimatı keçiriləcək. Təqdimata bütün yarışma iştirakçıları dəvət olunur. Təqdimatda elm, ədəbiyyat, incəsənət xadimləri, qaliblər, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Tramp SÖZ VERDİ
ABŞ prezidenti Donald Tramp terrorizmi bəşəriyyət üçün təhlükə adlandıraraq, onun üzərində qələbə çalacağını vəd edib. "Terrorizm bütün bəşəriyyət üçün təhlükədir. Birlikdə bu təhlükənin qarşısını ala bilərik.
ABŞ-da təyyarə qəzası: ölən var
ABŞ-ın Alyaska ştatında "Piper PA-30" tipli yüngülmotorlu təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırılma aparılır. Trend.az
Ankarada Qarabağ Parkı
Ankaranın Pursaklar bələdiyyəsi ərazisində Qarabağ Parkının açılışı olub. Tədbirdə Azərbaycanın və Türkiyənin deputatları, ziyalılar, türk dünyasının müxtəlif bölgələrindən tanınmış simalar, QHT, KİV nümayəndələri, yerli sakinlər iştirak ediblər. Pursaklar bələdiyyəsinin sədri Selcuk Çetin çıxış edərək diqqətə çatdırıb ki, Qarabağ Parkının salınması Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə gerçəkləşib.
Londonda TERROR HƏYƏCANI
Londonda teatra toplaşan tamaşaçılar bomba təhlükəsi ilə əlaqədar evakuasiya olunub. London polisi “Old Vik” teatrına bomba qoyulması haqda xəbərdarlıq alıb. Hadisə şahidlərinin sözlərinə görə, polis tamaşanın ortasında səhnəyə çıxaraq binanın boşaldılmalı olduğunu bildirib. Hazırda binaya baxış keçirilir.
Məktəblilər arasında dava ölümlə nəticələndi
Masallı rayonunun Boradigah qəsəbəsində 1 saylı məktəbin ərazisində məktəblilər arasında dava ölümlə nəticələnib. Dava Kənan və Həsənağa adlı məktəblilər arasında düşüb.
.jpg)

.jpg)











