Gündəm

"Beş mərtəbə" dairəsi ləğv edildi - XƏRİTƏ

27 May 2017 22:23

Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, Bakı şəhəri Yasamal rayonunun Füzuli meydanı ətrafında yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində mövcud dairə artıq ləğv edilib. Azəravtoyol ASC-dən  verilən məlumata görə, bu səbəbdən avtonəqliyyat vasitələrinin hərəkəti dairədə tam olaraq dayandırılaraq layihə üzrə nəzərdə tutulan istiqamətlər üzrə yönəldilib.

Mingəçevirdə oğul anasını qətlə yetirdi

27 May 2017 22:21

Mingəçevir şəhərində yerli sakin anasını qətlə yetirib. Hadisə şəhərin Xətai küçəsində qeydə alınıb. İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. 1967-ci il təvəllüdlü Kəmalə Məhərrəmovanın oğlu Nail Məhərrəmov tərəfindən öldürüldüyü ehtimal edilir.

Mövludun arzusu GERÇƏK OLDU

27 May 2017 18:13

Bu gün Mirzə Fətəli Axundov adına Milli Kitabxananın Açıq Kitabxanasında mərhum gənc yazar Mövlud Mövludun "Çətirsiz" adlı hekayələr kitabının təqdimatı keçirilib. Azərbaycan Yaradıcılıq Fondunun dəstəyi ilə nəşr edilən kitabın təqdimat mərasimində "Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı, millət vərili Fazil Mustafa, "Şərq" qəzetinin baş redaktoru Akiş Aşırlı, mərhum yazarın qələm dostları və digər tanınmış şəxslər iştirak edib

DİM-dən sınaq imtahanları ilə bağlı AÇIQLAMA

27 May 2017 18:08

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün respublikanın 29 şəhər və rayonunda sınaq imtahanları keçirib. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Mingəçevir, Goranboy, Yevlax, Şəki, Zaqatala, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, İsmayıllı, İmişli, Füzuli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Xaçmaz, Babək, Culfa, Şərur şəhər və rayonlarında, ümumilikdə 59 binada təşkil olunub.

İlham Əliyev: "Ən çətin əməliyyatların ölkəmizdə uğurla aparılması fərəh doğu

27 May 2017 18:05

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Bakı Ürək Günləri" V Beynəlxalq Konqresinin iştirakçılarına təbrik məktubu ünvanlayıb. Məktubu konqresin açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullaz

Putin və Ərdoğan nədən danışdılar? – Kreml açıqladı

27 May 2017 18:04

Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu haqda Kremlin mətbuat xidmətindən bildirilib. Dövlət başçısları ticarət-iqtisadi sferada məhdudiyyətlərin ləğvi haqqında razılaşmaların reallaşdırılması, həmçinin böyük birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Məlumata görə, Rusiya və Türkiyə prezidentləri müntəzəm şəxsi ünsiyyətin davam etdirilməsi haqqında razılaşıblar.

İrana ağır itki: general öldürüldü

27 May 2017 18:00

İran İslam İnqilabı Keşikçilər Korpusunun ("Sepah") tərkibindəki "Əl-Qüds" xüsusi elit bölmənin komandiri general Kasım Süleymani məsləhətçilərindən biri İraqın Mosul şəhərində öldürülüb. Bu haqda İraq məmurlarından biri "Assoşieyted Press" agentliyinə bildirib.

Putinin qisası ağır olacaq: Amerikanın “arxa baxçası”na HÜCUM

27 May 2017 17:58

ABŞ Avropa müttəfiqləri ilə Rusiyanın sərhədləri yaxınlığında hərbi bazalar yerləşdirməklə "dəcəllik edir". Moskva yaxın vaxtlarda cavab zərbəsi vura bilər. Söhbət bilavasitə ABŞ sərhədlərinin yaxınlığında hərbi zavodların tikintisindən gedə bilər. Bugünkü Rusiya ABŞ-ın "arxa baxçası" hesab edilən Latın Amerikasında böyük çəkiyə malikdir. Hətta bunun "soyuq müharibə" dövründə SSRİ-nin regionda malik olduğu çəkidən də çox olduğu bildirilir. Moskva hazırda Latın Amerikası ölkələri olan Kuba, Nikaraqua və Venesuelada böyük təsirə malikdir.

B A R I Ş Hədiyyə Şəfaqət

27 May 2017 17:56

-1-                     20..-ci ilin sonlarına doğru çoxdan bəri  davam  edən  millətlərarası  münaqişə  həll  olundu.  Böyük  dövlətlərin  başçıları  bir  araya  gəlib  illərdən  bəri  qan  davası,  torpaq  davası  edən  iki  kiçik  dövlətin  başçılarının   barış  müqaviləsinə  şahidlik  etdilər. Hər  kəs  dərindən  nəfəs  aldı,  əsas  da  kiçiklərin  dava-dalaşından  boğaza  yığılıb    onları  barışdırmağa girişən böyük  dövlətlər. Müharibə növbəti  dəfə başa çatdı...

Əməkdar artist: “Jerar Depardye bağımı almaq istəyir”

27 May 2017 17:46

"Danışan fotolar" layihəsi Böyük şöhrətə aparan, kinoda qapıları üzünə açan rolu Arif Babayevin həzin, səmimi "Uşaqlığın son gecəsi" filmindəki Murad obrazı oldu. Dəlisov Murad az keçməmiş yerini "Yeddi oğul istərəm" filmində komsomol Cəlala verdi... Azərbaycan kinosunun Muradı, Cəlalı, Şahbazı, Siracı olmuş əməkdar artist Ənvər Həsənovla gözəl anların yadigarı olan fotoları da alıb yola çıxdıq...

Muğam Mərkəzində  tarzən Əliağa Quliyevin 100 illik yubileyi

27 May 2017 17:38

Muğam Mərkəzində tanınmış tarzən, xalq artisti Əliağa Quliyevin anadan olmasının 100 illik yubileyi keçirildi. Mərkəzdən "Olaylar" - a bildirlir ki,  ilk olaraq səhnəyə tədbirin aparcısı Fəlsəfə doktoru Gülhüseyn Kazımlı çıxaraq tarzənin mədəniyyətimizdə, Azərbaycan tar ifaçılığı sənətində gördüyü işlərdən danışdı. Daha sonra  tarzənin həyatını əks etdirən vidioçarxla sənətkarın uşaqlıq illərindən, musiqidə ilk addımlarından əldə etdiyi naliyyətlərindən, həmçinin müharibə illərində vətən üçün göstərdiyi şücaətdən danışıldı.Tədbirdə o cümlədən vidioçarx vasitəsilə sənətkarın öz möhtəşəm ifaları nümayiş edildi.

Muzeydə "İstiqlalın beşiyi" sənədli filminin nümayiş olundu

27 May 2017 17:30

  Tarixi Muzeyinin “Tarixə səyahət” kinoklubunda növbəti filmin nümayişi keçirilib. Muzeydən “Olaylar” – a bildirlib ki, kinoklubda 28 may - müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına həsr olunmuş iki hissəsli “Mücadilə” filminin birinci hissəsi nümayiş etdirilib. Filmin nümayişində “Mücadilə” filminin ssenari müəllifi və quruluşçu rejissoru Nazim Rza İsrafiloğlu, filmin elmi məsləhətçisi t.ü.e.d., professor Elmira Muradəliyeva, AR Milli Arxiv idarəsinin nümayəndələri, Yaradıcı Qadınlar Assosiasiyasının üzvləri, Muzeyin “Gənc Muzeyşünaslar və Muzeysevərlər” klubunun üzvləri, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri, Xəzər Universitetinin tələbələri, 39 nömrəli tam orta məktəbin şagirdləri və KİV nümayəndələri iştirak ediblər.

Arzulardan sonra heç nə - İradə Musayeva yazır...

27 May 2017 12:30

Tənqidçi İradə Musayevanın yazıçı Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanı haqda yazdığı "Arzularan sonra heç nə" məqaləsini təqdim edir.  Şərif Ağayarın yeni romanını oxumağa başlayanda ilk diqqətimi çəkən onun fərqli, bu günə qədərki bütün "ədəbi nənə"lərdən seçilən donqarburun, əyriayaq, bir az da qozbel, amma yumşaq, isti əlləri ilə məhrəmlik duyğuları yaradan nənə obrazı oldu. Nəsrimizdə az qala 1 əsrlik yaşı olan ipəksaçlı, nurani, dili bayatılı, ağıllı nağıl nənələrinə bənzər qocalara meydan oxuyan bu qadını yaxından tanımaq marağı romanın digər qəhrəmanları və hadisələri haqqındakı təsvirləri oxumaq istəyini belə üstələdi. "Kaş yaxından görəsiniz nənəmi. Boyu balacadır. Cəmi 154 santimetr. Bir qarış boyuna rəğmən yerə-göyə sığmayan hikkəsinə görə ona ürəyimdə Miss 154 deyirəm. Dişlərinin çoxu tökülüb.

İsveçin Malmö şəhərində partlayış

27 May 2017 09:37

İsveçin Malmö şəhərində avtomobildə partlayış baş verib. Polis və xilasedicilər hadisə yerinə cəlb olunublar. Onlar partlayışın baş verdiyi ərazini mühasirəyə alıblar.

Parisdə terror həyəcanı

27 May 2017 09:35

Parisin mərkəzində yerləşən Respublika meydanında partlayış təhlükəsi elan olunub. Polis əməkdaşları meydanda olan insanları təxliyyə edib. Publika.az