Muğam Mərkəzində tarzən Əliağa Quliyevin 100 illik yubileyi
Muğam Mərkəzində tanınmış tarzən, xalq artisti Əliağa Quliyevin anadan olmasının 100 illik yubileyi keçirildi. Mərkəzdən "Olaylar" - a bildirlir ki, ilk olaraq səhnəyə tədbirin aparcısı Fəlsəfə doktoru Gülhüseyn Kazımlı çıxaraq tarzənin mədəniyyətimizdə, Azərbaycan tar ifaçılığı sənətində gördüyü işlərdən danışdı. Daha sonra tarzənin həyatını əks etdirən vidioçarxla sənətkarın uşaqlıq illərindən, musiqidə ilk addımlarından əldə etdiyi naliyyətlərindən, həmçinin müharibə illərində vətən üçün göstərdiyi şücaətdən danışıldı.Tədbirdə o cümlədən vidioçarx vasitəsilə sənətkarın öz möhtəşəm ifaları nümayiş edildi.
27 May 2017 17:38 MədəniyyətMuğam Mərkəzində tanınmış tarzən, xalq artisti Əliağa Quliyevin anadan olmasının 100 illik yubileyi keçirildi. Mərkəzdən "Olaylar" - a bildirlir ki, ilk olaraq səhnəyə tədbirin aparcısı Fəlsəfə doktoru Gülhüseyn Kazımlı çıxaraq tarzənin mədəniyyətimizdə, Azərbaycan tar ifaçılığı sənətində gördüyü işlərdən danışdı. Daha sonra tarzənin həyatını əks etdirən vidioçarxla sənətkarın uşaqlıq illərindən, musiqidə ilk addımlarından əldə etdiyi naliyyətlərindən, həmçinin müharibə illərində vətən üçün göstərdiyi şücaətdən danışıldı.Tədbirdə o cümlədən vidioçarx vasitəsilə sənətkarın öz möhtəşəm ifaları nümayiş edildi.
Bildirildi ki, Əliağa Quliyev 1917 ci ildə Bakıda dünyaya gəlmiş, Asəf Zeynallı adına musiqi məktəbini tar sinfini və Azərbaycan Dövlət Konsertvatoriyanı bitirmişdi. O, Radioda Ü.Hacıbəylinin "Koroğlu" və "Leyli Məcnun"operalarının tar partiyalarını ifa etmişdi. Ə.Quliyevin ifasında Rast, Mahur Hindi, Bayatı-Şiraz, Humayun, Cahargah, Çoban bayatı muğamları radionun qızıl fondunda saxlanılıb.
Gecədə tarzənin dostları, Canəli Əkbərov, Zamiq Əliyev sənətkarla bağlı öz xatirələrini bölüşdülər. Əlibaba Məmmədovun və Arif Babayevin xatirələri isə video vasitəsi ilə tamaşaçılara çatdırıldı.
Zabit Nəbizadə " Şirvan Şikəstəsi", Xalq artisti Simarə İmanova, Zakir Əliyev, Əməkdar artist Sevinc Sarıyeva Ə.Quliyevin bəstələdiyi "Alyanaq" və "Dağlar"mahnılarını ifa edərək xatirə gecəsinə dahada rəng qatdılar.
Beynəlxalq Muğam Mərkəzi öz ənənələrinə sadiq qalaraq Azərbaycan muğamının inkişafında və bu günümüzə gətirilməsində böyük rolu olan bütün sənətkarların xatirələrini yaşadır.