Gündəm

Bzejinski vəfat etdi

27 May 2017 09:33

anınmış ABŞ politoloqu Zbiqnev Bzejinski 89 yaşında vəfat edib. Bu barədə "Fox News" xəbər verib. Zbiqnev Bzejinski 1977-1981-ci illərdə Cimmi Karterin administrasiyasında milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsində çalışıb.

Mariya Zaxarova: “Bakı məni heyran etdi”

27 May 2017 09:31

"Mehriban Əliyevanın fəaliyyətini heyranlıqla izləyirəm". Bunu Moskvada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 99 illiyi ilə əlaqədar verilən ziyafətdə bildirib. Onun sözlərinə görə, müasir Bakı onu heyrətləndirib.

Kubada 28 May - Respublika günü

27 May 2017 09:28

Azərbaycan Demokratik Respublikasının yaradılmasının 99-cu ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Kubadakı Səfirliyi Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzində geniş bayram tədbiri keçirilib. Səfirlikdən "Olaylar" - a bildirlib ki, tədbirdə Kubanın Xarici İşlər Nazirliyinin rəsmiləri, ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri, Kubanın hakim Kommunist Partiyasının Mərkəzi Komitəsi, Milli Asambleyası, hökumət qurumlarının rəsmiləri və yerli mətbuat təmsilçiləri iştirak ediblər.

Muğam Mərkəzində “Luiziana Caz Ansamblı”nın konserti

27 May 2017 09:16

Muğam Mərkəzinin səhnəsində Yeni Orlean cazı səsləndi. Mərkəzdən "Olaylar" - a  bildirlib ki, ADA Universitetinin dəvəti ilə Amerikanın Luiziana ştatından Bakıya qastrol səfərinə gələn "Luiziana Caz Ansamblı" ötən əsrin ilk 20 illiyində yaranmış musiqi janrının unudulmaz musiqilərini ifa etdi. Gecə Beynəlxalq Muğam Mərkəzinin dəstəyi, Lider televiziyasının informasiya dəstəyi ilə keçirildi. "Luiziana Caz Ansamblı"nın yaradıcısı, Con Hopkins Universitetinin professoru, ADA Universitetinin fəxri doktoru Frederik Stardır. 1980-cı ildə Tuleyna kollecində çalışarkən Star caz ansamblı yaratdı və özü də bu ansamblda klarnetdə ifa edirdi. Ansamblın repertuarını 1930-cu illərin klassik Yeni Orlean cazı təşkil edirdi. Ansambl Amerika və Avropa qitələrində çox məşhurdur.

Məşhur müğənnini ilan sancdı

26 May 2017 20:01

Hindistana veriliş çəkilişində iştirak etmək üçün gedən türk şou-biznesinin divası Bülənt Ərsoy yaşıllıqda dincələrkən ilan sancıb. Ağrıdan və qorxudan haray-həşir salan Ərsoyun dadına orada işləyənlər çatıb. 46 dərəcə istinin altında gerçəkləşən çəkimlərdən bir az dincəlmək istəyən divanın istirahəti burnundan gəlib. İlk müdaxilədən sonra o, xəstəxanaya yerləşdirilib.

Bu il sirli planet Yerlə toqquşacaq - Bəşəriyyət məhv olacaq?

26 May 2017 19:55

2016-cı ildə müstəqil ekspertlərdən ibarət qrup iddia edirdi ki, 2017-ci ildə Yer Yupiterin ölçülərindən üç dəfə daha böyük ölçülərə malik Nibiru planeti ilə toqquşacaq və bəşəriyyər məhv olacaq.

Demə, insan başına gələcəkləri öncədən GÖRƏ BİLƏR - Gələcəkdə olanları belə öyrənin

26 May 2017 19:50

Gələcək haqda öncədən xəbər vermək qabiliyyəti təkcə xüsusi bacarıqlı və ya xalq deyimi ilə desək “vergili” adamların hünəri deyil. Əslində hər bir insan “Üçüncü gözü”nü inkişaf etdirməklə gələcəyi görə bilər. Alimlər bildirirlər ki, istənilən insan baş verəcək hadisələri 13 saniyə öncə görmə qabliyyətinə sahibdir. Sadəcə bu zaman kəsiyi həddən artıq qısa olduğu üçün o, baş verənlərə müdaxilə edə və ya qarşısını ala bilmir.

Bu smartfon ilk dəfə tərəflər nisbəti 18:9 olan displeylə təchiz ediləcək

26 May 2017 19:45

Yeni texnologiyaya keçid cəsarət tələb edir. Bu il böyükölçülü "OLED" displey yeni "iPhone" smartfonunda əsas özəllik olacaq. İlk dəfə olaraq "Apple" şirkətinin istehsalı olan smartfonda displey bütün ön paneli zəbt edəcək.

“iCloud” servisinin təhlükəsizliyi gücləndiriləcək

26 May 2017 19:40

“Apple” şirkəti hazırladığı əlavələrin təhlükəsizlik səviyyəsini gücləndirmək niyyətindədir. Məlumata görə, iyundan etibarən “iCloud” servisinin istifadəçilərindən kənar proqramlardan istifadə üçün parolları dəyişmək tələb olunacaq. Bildirilir ki, “iCloud” istifadəçiləri “bulud” əlavəsinə daxil olmazdan əvvəl bir sıra əməliyyatları yerinə yetirməli olacaqlar. Hazırda “Apple” parolların göstərilməsini mütləq tələb kimi tətbiq etməyə başlamayıb. Ekspertlərin fikrincə, ABŞ istehsalçısı bu addımı Çində “Apple” əlavələrinin mühafizə səviyyəsinin zəif siyahıya daxil edilməsini bildirən hesabat dərc edildikdən sonra atmalı olub. Bundan əlavə, bu yaxınlarda dünyada milyonlarla kompüteri yoluxduran virus hücumu nəzərə alınıb.

Yeni dron jestlərlə idarə edilir

26 May 2017 19:36

“DJI” şirkəti kompakt “Spark” kvadrokopterini təqdim edib. Başlanğıc qiyməti 499 dollar təşkil edən dron şirkətin istehsal xəttində ən ucuz pilotsuz uçan aparatı hesab edilir. Çəkisi 300 qr olan dronun yığılmış vəziyyətdə uzunluğu 14 sm-ə bərabərdir. Lakin yeni qurğunun başlıca fərqi onun jestlərlə idarə edilməsindədir. Belə ki, digər dronların idarə edilməsi üçün smartfon və ya ayrıca kontrollerdən istifadə tələb olunur.

Dodaqlarınız çatlayır? Elə isə bunu edin

26 May 2017 19:31

Yaz-yay aylarındakı hava dəyişikliyi insan orqanizminə təsirsiz keçmir. Üz dərisində qurumalar, dodaqlarda çat, həssas dərilərdə kiçik səpkilər və.s. Nəmləndirici kremlərlə üz dərisinin qurumasının qarşısını almaq olar.

Diqqət: Qatıq iltihabi xəstəliklərə təsirlidir

26 May 2017 19:26

ABŞ-dakı Vanderbilt Universitetinin Tibb Fakültəsinin mütəxəssisləri öz tədqiqatlarında müəyyən ediblər ki, süd məhsullarından qatıq, gözlərdə yaranan qaşıntı, soyuqdəymə, asqırıq və s. sağlamlıq problemlərinə təsirlidir.

Diqqət: Duz insan həyatı üçün təhlükəlidir

26 May 2017 19:21

Kaliforniya Tibb Universitetinin həkimi Kristian Bibbnies yeni bir araşdırma apararaq belə nəticəyə gəmişdir ki, yeməklərimizin ayrilmaz tərkib hissəsi olan duz insan həyatı üçün təhlükəlidir. Araşdırmaya görə hər insan gün ərzində 9-12 qram duz istehlak edir və nəzərə alsaq ki,duzun bir qramında 0,4 qram natrium var bu da gün ərzində 2,000-2,400 milliqram natrium deməkdir.

Çox balıq yeyən insanların yaddaşları qocalanda möhkəm olur

26 May 2017 19:17

"Archives of Neurology" tibb jurnalının may ayındakı nömrəsində dərc edilən bir tədqiqata görə çox balıq yeyən insanlar qocalan zaman digərlərinə nisbətən daha cox yaddaşa malik olurlar. Bundan əvvəlki tədqiqatlarda balığın alsheymer və ürək tutması kimi xəstəliklərin qarşısını aldığı məlum olmuşdur. Bu tədqiqatlarda tərkibində omeqa-3 yağı olan balıqların ürək xəstəliklərinin qarşısını almaqda böyük əhəmiyyətə malik olduğu vurğulanmışdır.

Hamiləlik dövründə dəniz məhsullarından istifadə etmək təhlükəlidir

26 May 2017 19:12

Hamiləlik dövründə ananın diqqət yetirməsi tələb olunan ən vacib məsələlərdən biri bəlkədə birincisi onun qidalanmasına diqqət etməsidir. Lakin təssüflər ki, bəzən xanımlarımız bu məsələyə olduqca biganə yanaşırlar. Hamilə xanımlar nece qidalanmalıdır?