Kubada 28 May - Respublika günü

Azərbaycan Demokratik Respublikasının yaradılmasının 99-cu ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Kubadakı Səfirliyi Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzində geniş bayram tədbiri keçirilib. Səfirlikdən "Olaylar" - a bildirlib ki, tədbirdə Kubanın Xarici İşlər Nazirliyinin rəsmiləri, ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri, Kubanın hakim Kommunist Partiyasının Mərkəzi Komitəsi, Milli Asambleyası, hökumət qurumlarının rəsmiləri və yerli mətbuat təmsilçiləri iştirak ediblər.

Bayram tədbiri Kuba və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov Azərbaycan Demokratik Respublikasının tarixi və əldə etdiyi nailiyyətlərdən bəhs etmiş, ölkəmizin dövlətçilik tarixində ADR-in silinməz iz buraxdığını bildirdi.

Azərbaycanın 1991-ci ildə müstəqilliyini elan edərək, yenidən dünya birliyinin tam və bərabər hüquqlu üzvü olduğu diqqətə çatdırıldı. C.Salehov müstəqilliyimizin ilk illərində Azərbaycanın böyük sınaqlardan keçdiyi haqda məlumat vermiş və qeyd etmişdir ki, yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin tarixi fəaliyyəti və xidmətləri sayəsində Azərbaycanın suverenliyini qoruyub saxlamaq və ölkəmizin davamlı inkişafını təmin etmək mümkün olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31