Məşhur müğənnini ilan sancdı
Hindistana veriliş çəkilişində iştirak etmək üçün gedən türk şou-biznesinin divası Bülənt Ərsoy yaşıllıqda dincələrkən ilan sancıb. Ağrıdan və qorxudan haray-həşir salan Ərsoyun dadına orada işləyənlər çatıb. 46 dərəcə istinin altında gerçəkləşən çəkimlərdən bir az dincəlmək istəyən divanın istirahəti burnundan gəlib. İlk müdaxilədən sonra o, xəstəxanaya yerləşdirilib.
26 May 2017 20:01 DünyaHindistana veriliş çəkilişində iştirak etmək üçün gedən türk şou-biznesinin divası Bülənt Ərsoy yaşıllıqda dincələrkən ilan sancıb. Ağrıdan və qorxudan haray-həşir salan Ərsoyun dadına orada işləyənlər çatıb. 46 dərəcə istinin altında gerçəkləşən çəkimlərdən bir az dincəlmək istəyən divanın istirahəti burnundan gəlib. İlk müdaxilədən sonra o, xəstəxanaya yerləşdirilib.
Verilişin çəkimində işləyən əməkdaşlar ilanı tutaraq öldürüblər. Sol ayağında qızartı, şişkinlik yaranan Bülənt Ərsoy hazırda həkimlərin müşahidəsi altındadır. Publika.az