Gündəm

Gilasın inanılmaz faydaları

26 May 2017 19:07

Dərmanlardan həddən artıq istifadə edənlərdə qaraciyərin zədələnməsinin qarşısını alır.

Səhər yeməyinin insana faydası

26 May 2017 19:03

Adına müasirlik dediyimiz həyat tərzində səhər yeməyi də unudulmağa başlandı ya da ayaq üstü yeyilən bir sendviç də səhər yeməyi adlandırıldı. Hətta alimlər: kral kimi səhər yeməyi, şahzadə kimi günorta yeməyi, yoxsul kimi axşam yeməyi yeyin deyiblər.

İstanbulda Azərbaycan rəngi

26 May 2017 18:56

Bakıda Avstraliya-Azərbaycan biznes-forumunun keçirilməsi planlaşdırılır

26 May 2017 18:47

Avstraliyanın Pert şəhərində Azərbaycanın iqtisadi və investisiya imkanlarının təqdimatı keçirilib. Tədbir avstraliyalı sahibkarlar üçün Azərbaycanın fəxri konsulluğu tərəfindən təşkil olunub.

Bu ölkə rus diplomatları qovdu - GƏRGİNLİK

26 May 2017 18:44

Rusiyanın Narvadakı baş konsulu Dmitri Kazennov və konsul Andrey Surqaev Estoniyadan çıxarılıb. Bunu Estoniya XİN-in rəsmi nümayəndəsi Sandra Kamilova bildirib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümünə  həsr olunmuş tədbir keçirildi

26 May 2017 18:30

Azərbaycan Milli QHT Forumunun (MQF) təşkilatçılığı ilə Bakı QHT Resurs və Təlim Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdən öncə tədbir iştirakçıları tərəfindən Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin, tanınmış akademik Zərifə xanım Əliyevanın məzarları, Şəhidlər Xiyabanı və Türk Şəhidliyi məzarlığı ziyarət olundu.

21 yaşlı azərbaycanlı qız İŞİD-ə qoşulub

26 May 2017 18:27

Rusiya Federasiyasının vətəndaşı olan azərbaycanlı qız İŞİD-ə qoşulub. Dağıstanın Xuçni rayonunda yaşayan milliyyətcə azərbaycanlı Sabrina Həbibova bir müddət əvvəl radikal qruplaşmalara qoşularaq kənddən qaçıb. Məlum olub ki, o, İŞİD sıralarına qoşulub. Bildirilir ki, S.Həbibovanın 21 yaşı var. O, 1996-cı ilin 15 iyulunda anadan olub.

Azərbaycan şirkətindən dünyanın ən böyük musiqi holdinqinə qarşı 25 MİLYONLUQ İDDİA

26 May 2017 18:24

Azərbaycanın "Omnikomo Music Group" (Omnikomo) şirkəti dünyanın ən böyük musiqi holdinqi olan "Universal Music Group"a (UMG) qarşı iddia qaldırıb. 25 milyon dollarlıq iddia Böyük Britaniya məhkəməsində irəli sürülüb. "Omnikomo"nun göstərdiyi faktlar əsasında məlum olur ki, şirkət 2012-ci ildə "Universal Music Group" şirkətinin məhsullarının Azərbaycan və Gürcüstan ərazisində istənilən daşıyıcılarda yayılması və səsləndirilməsi üzrə eksklüziv lisenziya əldə edib. Bu hüquq UMG-nin törəməsi olan Rusiyanın "Yuniversal Myuzik" ASC şirkətindən lisenziya sazişi əsasında əldə edilib. 2013-cü ilin sonunda isə UMG rəhbərliyi Rusiya şirkəti tərəfindən sazişin bəzi bəndlərinin yerinə yetirilmədiyini görüb, ana şirkət - "Universal Music Group Recording Services Inc" adından "Omnikomo" ilə yeni lisenziya müqaviləsi imzalamaq qərarına gəlib.

İlham Əliyev: “Nə bu il, nə gələn il ölkə iqtisadiyyatı üçün heç bir problem görmürəm”

26 May 2017 18:20

“Azərbaycanda bugünkü maliyyə və iqtisadi vəziyyət sabitdir, dayanıqlıdır. Bütün büdcə proqnozları yerinə yetirilir. Mən nə bu il, nə gələn il ölkə iqtisadiyyatı üçün heç bir problem görmürəm. Xüsusilə nəzərə alsaq ki, bizim valyuta ehtiyatlarımız da artır, bu il də artıb. Valyuta ehtiyatlarımız xarici borcdan 4-5 dəfə çoxdur. Ona görə, istənilən ölkə, bax, bu vəziyyəti özü üçün arzulaya bilər”.

Azərbaycan prezidenti: "Biz indi bir çox ölkə üçün nümunəyik"

26 May 2017 18:18

"Azərbaycanda bundan sonra da millətlərarası, dinlərarası münasibətlər ən yüksək səviyyədə öz həllini tapacaq. Biz indi bir çox ölkə üçün nümunəyik. Bunu artıq heç kim gizlətmir. Nəinki ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər, eyni zamanda, Azərbaycanda mövcud olan vəziyyət bir çox ölkələr üçün nümunədir. Həmkarlarım və təmasda olduğum xarici qonaqlar bunun sirrini öyrənmək üçün mənə dəfələrlə suallar verirdilər.

Prezident: “TAP-ı əngəlləmək üçün böyük səylər göstərilir, bunun arxasında böyük pullar dayanır”

26 May 2017 18:17

“Bu gün qarşımızda duran vacib məsələlərdən biri Cənub Qaz Dəhlizinin başa çatdırılmasıdır. Azərbaycan bu istiqamətdə də öz tərəfdaşları ilə uğurlara imza atıb”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Prezident: “TAP-ı əngəlləmək üçün böyük səylər göstərilir, bunun arxasında böyük pullar dayanır”

26 May 2017 18:17

“Bu gün qarşımızda duran vacib məsələlərdən biri Cənub Qaz Dəhlizinin başa çatdırılmasıdır. Azərbaycan bu istiqamətdə də öz tərəfdaşları ilə uğurlara imza atıb”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

IX sinif buraxılış imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

26 May 2017 18:15

Dövlət İmtahan Mərkəzi martın 5-də Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib.

Xarici diplomatlar: "İslamiada-2017 yüksək səviyyədə təşkil edilib"

26 May 2017 18:08

“İslam Həmrəyliyi Oyunlarında uğur əldə etmək və Azərbaycanın nəyə qadir olduğunu göstərmək üçün hər kəs böyük səylə çalışıb”. Bunu  Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş deyib. O, Azərbaycanı İslam Həmrəyliyi Oyunlarını mükəmməl təşkil etdiyi üçün təbrik edib: “Mərakeş bu Oyunlarda 200 nəfərlik böyük nümayəndə heyəti ilə iştirak edib. Təşkilatçıların dəstəyi, səmimiyyət və səbri ilə oyunlar zamanı bütün çətinliklərin öhdəsindən gəlinib. Oyunlar dünyanın 50 ölkəsindən olan iştirakçıların və yüz milyonlarla tamaşaçının Azərbaycanda xidmət və infrastrukturun yüksək səviyyədə şahid olmasına səbəb olub. Azərbaycan Avropa Oyunları, Formula 1, Eurovision və digər dünya səviyyəli tədbirlərdən sonra böyük təşkilatçılıq bacarıqlarına sahiblənib. Burada turizm üçün infrastruktur, böyük otellər, müxtəlif mətbəxlərə malik restoranlar, alış-veriş məkanları, asan və rahat nəqliyyat mövcuddur. İnsanların hər yerdə istənilən zaman hiss etdiyi təhlükəsizlik qiymətsizdir. Dünyanın hər ölkəsi bu səviyyədə təhlükəsizlik təklif edə bilmir. Burada insanlar çox qonaqpərvər və mehribandırlar”.