Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümünə  həsr olunmuş tədbir keçirildi

Azərbaycan Milli QHT Forumunun (MQF) təşkilatçılığı ilə Bakı QHT Resurs və Təlim Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdən öncə tədbir iştirakçıları tərəfindən Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin, tanınmış akademik Zərifə xanım Əliyevanın məzarları, Şəhidlər Xiyabanı və Türk Şəhidliyi məzarlığı ziyarət olundu.

Azərbaycan Milli QHT Forumunun (MQF) təşkilatçılığı ilə Bakı QHT Resurs və Təlim Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdən öncə tədbir iştirakçıları tərəfindən Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin, tanınmış akademik Zərifə xanım Əliyevanın məzarları, Şəhidlər Xiyabanı və Türk Şəhidliyi məzarlığı ziyarət olundu.

Tədbirdən öncə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında, bütövlükdə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhid olanların əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra tədbiri giriş sözü ilə açan MQF-nin prezidenti Rauf Zeyni Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. Cümhuriyyətin 100 illiyinin keçirilməsi ilə əlaqədar ölkə prezidenti cənab İlham Əliyevin tarixi sərəncam imzalamasını ictimaiyyətin yüksək qiymətləndirdiyini qeyd etdi və ölkə prezidentinə MQF adından minnətdarlığını bildirdi. Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, 1 il ərzində gördüyü işlər, ADR-nin Parlamenti, Parlamentin tərkibi, ordu quruculuğunda əldə olunmuş nailiyyətlər, qısa müddət ərzində xarici siyasətin qurulması və bir neçə ölkəylə əlaqənin yaranması, Paris Sülh Konfransında nümayəndə heyətinin tarixi fəaliyyəti və 7 yanvar 1920-ci ildə AXC-nin Paris Sülh Konfransı tərəfindən müstəqil dövlət kimi tanınması, AXC ilə əlaqədar ölkə prezidentinin sərəncamı ilə 2004-cü ildə AXC Ensiklopediyasının çap edilməsi, bütün kitabxanalara pulsuz paylanılması və digər məsələlərlə əlaqədar tədbir iştirakçılarına qısa məlumat verdi.

Daha sonra MQF İdarə heyətinin üzvü, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə əlaqədar indiyədək məlum olmayan maraqlı faktları tədbir iştirakçılarının nəzərinə çatdırdı.

MQF-nin vitse-prezidenti, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova Cümhuriyyət tarixinin təzadlı dövrü haqqında, Azərbaycan xalqının müstəqillik tarixi haqqında maraqlı məlumatları tədbir iştirakçıları ilə bölüşdü.

Daha sonra tədbir iştirakçılarından Türkiyə Universitetləri Məzunları İB-nin sədri Çingiz Bayramov, İranlı Mühacirlər Cəmiyyəti İB-nin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə, Azad Müəllimlər İB-nin sədri Məlahət Mürşüdlü, Gəncə Sahibkar Qadınlar İB-nin sədri Zemfira Ağayeva müstəqillik tarixinin önəmi və maraqlı xatirələr haqqında fikirlərini tədbir iştirakçılarının nəzərinə çatdırdılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31