Gündəm

Müstəqillik bizim üçün ən böyük sərvətdir

26 May 2017 18:04

Dünən “Buta” sarayında Azərbaycanın milli bayramı–Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər..Azərbaycanın dövlət himni səsləndirildikdən sonra dövlət başçısı rəsmi qəbulda çıxış edib.  Bütün Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə ürəkdən təbrik edən prezident bildirib ki, 99 il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılıb. Dövlət başçısının sözlərinə görə, Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bizim xalqımız bu respublikanı yaradıb: “Bu, tarixi hadisədir, xalqımız üçün və dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu.

Dövlət başçısı: "Azərbaycan Trampın Ərəb-İslam-Amerika Zirvəsindəki çıxışını yüksək qiymətləndirir"

26 May 2017 17:57

"Azərbaycan xarici siyasət sayəsində böyük uğurlar əldə edib. Bunu artıq Azərbaycan ictimaiyyəti bilir. Biz beynəlxalq arenada öz milli maraqlarımızı bundan sonra da müdafiə edəcəyik. Biz bu gün dünyada çox böyük hörmətə malik olan ölkə kimi tanınırıq. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Ermənistandan başqa heç bir ölkə ilə ikitərəfli formatda bizim problemimiz yoxdur. Biz bir çox üçtərəfli əməkdaşlıq formatları irəli sürdük".

İlham Əliyev: “Azərbaycanda daxili risk mənbələri yoxdur, mümkün olan risklər xaricdə formalaşır”

26 May 2017 17:55

“Daxili siyasətə gəldikdə, ilk növbədə, Azərbaycanda bundan sonra da təhlükəsizlik təmin edilməlidir. Deyə bilərəm ki, Azərbaycanda daxili risk mənbələri mövcud deyil”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Prezident: "Dilənçi Ermənistandan fərqli olaraq, biz ordumuzu öz hesabımıza təmin edirik"

26 May 2017 17:52

"Ordu quruculuğu istiqamətində siyasətimiz özünü tam doğruldub. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Beynəlxalq reytinqlər də bunu göstərir". Bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində deyib.

Azərbaycan prezidenti: "Qarabağ danışıqlarında prinsipial mövqeyimizdən bir millimetr də geri çəkilən deyilik"

26 May 2017 17:46

"Xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bu istiqamətdə bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu gün də belədir, sabah da belə olacaqdır". Bunu Azərbaycan prezidenti İlham ƏliyevAzərbaycanın milli bayramı - Respublika günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində deyib.

Prezident: “Azərbaycan müstəqilliyini qoruya bilsəydi, bu gün ən inkişaf etmiş ölkələrdən biri olacaqdı”

26 May 2017 17:43

“Əgər Azərbaycan dövlət müstəqilliyini qoruya bilsəydi, əminəm ki, bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş, ən zəngin ölkələrdən biri olacaqdı. Ancaq xarici müdaxilə nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı.

Bacısının telefonunu başqası açdı: dediyi yerə çatanda ŞOK OLDU - VİDEO 

26 May 2017 17:24

Türkiyənin Bartın rayonunun Amasra mahalında 24 yaşlı Emine Çakmak dəniz sahilində qayalıqlardan yıxılaraq faciəvi şəkildə dünyasını dəyişib. Polislər Emine Çakmakın intihar ehtimalını araşdırır.

6 nömrəli uşaq musiqi məktəbinin  hesabat konserti

26 May 2017 17:10

Mədəniyyət və Turizm Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi ümummilli lider Heydər Əliyevin anandan olmasının 94-cü ildönümünə həsr olunmuş yekun hesabat konsertini təqdim edib.

Muzeydə açıq dərs

26 May 2017 17:10

Tarixi Muzeyində Bakı Dövlət Universitetin Tarix fakültəsinin III kurs tələbələrinin çıxış və iştirakı ilə açıq dərs təşkil edilib. Muzeydən “Olaylar” – a bildirlib ki, fənlərarası inteqrasiya yolu ilə metodika, mənbəşünaslıq və tarixşünaslıq fənləri üzrə keçirilən dərslərin mövzularına aydınlıq gətirilib.

Müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

26 May 2017 17:08

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, mayın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib. İclasdan əvvəl MDB iştirakçı-dövlətlərin Müdafiə nazirləri Naməlum Əsgər abidəsi önünə əklil qoyub, “Həyat ağacı” heykəltəraşlıq kompozisiyasının açılış mərasimində və Müdafiə Nazirliyi Beynəlxalq mərkəzində şam ağaclarının əkilməsində iştirak ediblər. Sonra Müdafiə nazirlərinin görüşü keçirilib. Görüşdə cari hərbi əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub.

Donald Tramp: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir"

26 May 2017 17:02

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald C. Tramp Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Beynəlxalq Türk Akademiyası əməkdaşlıq memorandumu imzalanıb

26 May 2017 16:50

Beynəlxalq Türk Akademiyası ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlıq memorandumu imzalanıb. “OLAYLAR”-ın xəbərinə görə, Astanada Beynəlxalq Türk Akademiyası ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlıq memorandumu imzalanb.

Binəqədidə Respublika Günü qeyd edilib

26 May 2017 16:49

Binəqədi rayon İcra Hakimiyyəti ,Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümünə həsr edilmiş bayram tədbiri keçirilib.

Astanada dünyadakı ilk Türkologiya Muzeyi açılıb

26 May 2017 16:48

Türk Yazısı Günü münasibətilə Türkologiya Muzeyinin açılış mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, türkologiya sahəsində ilk belə nümunə olan muzeydə görkəmli türkoloqlar Abduali Kaydar, Abjan Kurışcanov, Əmir Nacib, Rəbiqə Sızdıkova və Osman Fikri Sertkayanın istifadə etdiyi şəxsi əşyaları, indiyədək nəşr olunmayan gündəlikləri və əlyazmaları sərgilənir.