Astanada dünyadakı ilk Türkologiya Muzeyi açılıb

Türk Yazısı Günü münasibətilə Türkologiya Muzeyinin açılış mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, türkologiya sahəsində ilk belə nümunə olan muzeydə görkəmli türkoloqlar Abduali Kaydar, Abjan Kurışcanov, Əmir Nacib, Rəbiqə Sızdıkova və Osman Fikri Sertkayanın istifadə etdiyi şəxsi əşyaları, indiyədək nəşr olunmayan gündəlikləri və əlyazmaları sərgilənir.

Türk Yazısı Günü münasibətilə Türkologiya Muzeyinin açılış mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, türkologiya sahəsində ilk belə nümunə olan muzeydə görkəmli türkoloqlar Abduali Kaydar, Abjan Kurışcanov, Əmir Nacib, Rəbiqə Sızdıkova və Osman Fikri Sertkayanın istifadə etdiyi şəxsi əşyaları, indiyədək nəşr olunmayan gündəlikləri və əlyazmaları sərgilənir. Tədbirə Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə, Özbəkistan və Monqolustandan gələn elm adamları, ziyalılar və media nümayəndələri qatılıblar. Beynəlxalq Türk Akademiyasının prezıdentı Darxan Kıdıralı bıldırıb kı, "Beynəlxalq Türk Akademiyası Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstan dövlət başçılarımızın 2009-cu ildə Naxçıvanda keçirilən sammitində yaradılıb. O zaman Akademiyanın nəzdində kitabxana və muzeyin açılması da tövsiyə olunmuşdu. Bu gün Türkologiya Muzeyini açmaqla həm türkologiya elminin inkişafında xidmətləri olan nüfuzlu alimlərimizi yad etmiş olduq, həm də həmin tövsiyələrin həyata keçirilməsi istiqamətində daha bir addım atdıq. Burada böyük çöldə yaşayan qardaş xalqların mədəniyyətini, tarixini əks etdirən əşyaları nümayiş etdirməkdən böyük şərəf duyuruq. Hazırda muzeydə Türk dünyasından elm adamları və türkoloqların bağışladığı 300-dən artıq tarixi əsər və əşyalar yer alır, amma qarşıdakı dövrdə burdakı nadir eksponatların sayını daha da genişləndirmək üçün çalışacağıq". Türkiyə Prezidentinin məsləhətçisi İhsan Şener isə qeyd edib ki, Türk dünyası öz mədəniyyətini, adət-ənənələrini, elmini yeni kəşf etməyə başlayıb. Qısa müddətdir ki, fəaliyyət göstərməsinə baxmayaraq, Beynəlxalq Türk Akademiyası Türk dünyası ilə bağlı tədqiqatlara mühüm töfhə verib. Onun fikrincə, bəzən siyasi münasibətlərin həll edə bilmədiyi məsələləri, mədəniyyət və elm vasitəsilə çözmək mümkün olur. Bu baxımdan elm və mədəniyyətə beşiklik edən, onları yaradan, istehsal edən, gələcək nəsillərə ötürən önəmli mərkəzlərin dəstəklənməsi çox vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31