Muzeydə açıq dərs
Tarixi Muzeyində Bakı Dövlət Universitetin Tarix fakültəsinin III kurs tələbələrinin çıxış və iştirakı ilə açıq dərs təşkil edilib. Muzeydən “Olaylar” – a bildirlib ki, fənlərarası inteqrasiya yolu ilə metodika, mənbəşünaslıq və tarixşünaslıq fənləri üzrə keçirilən dərslərin mövzularına aydınlıq gətirilib.
26 May 2017 17:10 SosialTarixi Muzeyində Bakı Dövlət Universitetin Tarix fakültəsinin III kurs tələbələrinin çıxış və iştirakı ilə açıq dərs təşkil edilib. Muzeydən "Olaylar" - a bildirlib ki, fənlərarası inteqrasiya yolu ilə metodika, mənbəşünaslıq və tarixşünaslıq fənləri üzrə keçirilən dərslərin mövzularına aydınlıq gətirilib.
Fakültənin dekan müavini prof. Sevda Süleymanova, metodika müəllimi dosent Mətanət Məmmədova, mənbəşünaslıq və tarixşünaslıq kafedrasının dosenti Sevinc Qasımovanın təqdimatı ilə tələbələrin - Rəhimova Bahar "Muzey və Muzey Tarixi", Üzeyirova Tünzalə "Şamaxının tarixi abidələri və anların milli dəyərlərimizin təbliğində yeri", Yusifli Aytəkin "Tarixi şəxsiyyətlərimiz bədii film və əsərlərdə" mövzularında çıxışları dinlənilib. Sonda Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı tələbələrə öz tövsiyyələrini verib.