Gündəm

Vergi olimpiadası keçiriləcək

26 May 2017 16:47

M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qəsəbənin Namiq Fərəczadə adına 100 saylı tam orta məktəbində, qəsəbə ərazisində yerləşən məktəblər arasında təşkil ediləcək “Vergi olimpiadası”na hazırlıq mərhələsində görüş keçirilib.

Azərbaycanda seçicilərin sayı açıqladı

26 May 2017 16:46

Azərbaycanda seçicilərin dəqiqləşdirilmiş sayı məlum olub. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, ölkə üzrə seçicilərin sayı 5 163 250 nəfərdir. Onlardan 51.58 faizi qadın, 48.42 faizi isə kişidir. Ötən illə müqayisədə 36 min 139 artım var.

Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirilib

26 May 2017 16:44

Azərbaycanda əmək və məşğulluq sahəsində ayrı-seçkiliyin hər hansı təzahürlərinə yol verilmədən cəmiyyət üzvlərinin əmək bazarında bərabər iştirak imkanlarına malik olmaları üçün dolğun hüququ təminat sistemi formalaşıb və  müvafiq sahədə mütərəqqi beynəlxalq  normalar əsasında təkmilləşdirilib.

Azərbaycanda mövcud olan siyasi plüralizm digər region ölkələri ilə müqayisədə ən yüksək səviyyədədir

26 May 2017 16:40

Azərbaycan  müstəqillik əldə etdikdən sonra özünün demokratik inkişaf yoluna qədəm qoyub. Müstəqil respublikalara xas bütün demokratik prinsiplərə üstünlük verən ölkəmizdə demokratiyanın əsas göstəriciləri sayılan fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin edilməsi istiqamətində dövlət səviyyəsində istənilən addım atılır, müvafiq işlər görülür.

Səfir: "Argentina Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməyə hazırdır"

26 May 2017 16:34

"Rəsmi Buenos-Ayres Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməyə hazırdır". Bunu Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva deyib. O bildirib ki, münaqişə ciddi narahatlıq yaradır: “Biz bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdarıq. Münaqişənin sülh yolu ilə həlli bütün region üçün yararlıdır və regionun inkişafı üçün yeni imkanlar yaradacaq. Dəfələrlə bəyan etmişik ki,  Azərbaycanın ərazi bütövlüyünü  dəstəkləyirik. Bu ölkənin müstəqilliyini beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində tanımışıq”.

Nazir: "Ruhaninin prezident seçilməsi ölkəyə investisiya axınını sürətləndirəcək"

26 May 2017 16:30

İran bu il bir sıra iri beynəlxalq neft şirkətləri, o cümlədən "Total" və "Lukoil" ilə müqavilələr imzalamaq niyyətindədir. Bu barədə "Reuters" agentliyinə müsahibəsində İranın neft naziri Bijan Zəngane deyib. 

NATO PA rəhbəri: “Cənubi Qafqazda sabitliyin bərqərar olması NATO-nun əsas məqsədlərindən biridir”

26 May 2017 16:26

NATO Parlament Assambleyasının sədri Paolo Alli Tiflisdə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə görüşüb. NATOParlament Assambleyasının yaz sessiya çərçivəsində keçirilən görüşdə P. Alli Gürcüstanın Avropa və Avroatlantik məkana tam inteqrasiyasını dəstəklədiyini bildirib. O qeyd edib ki, regionda sabitliyin bərqərar olması NATO-nun əsas məqsədlərindən biridir. P. Alli Gürcüstanın nəinki regional, həm də qlobal təhlükəsizlik məsələlərində böyük rol oynadığını bildirib.

Bülənt Ərsoyu ilan vurub

26 May 2017 16:25

Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoyu ilan vurub. Hadisə Hindistanda baş verib. B. Ərsoy bir qrup sənətçi ilə birlikdə “Dünya gözəllərim” adlı proqramın çəkilişləri üçün Hindistana yollanıb.

Sədr: "ABB-nin reytinqlərinin düşməsi müvəqqəti haldır"

26 May 2017 16:23

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Xalid Əhədov mayın 23-də Londonda bankın xarici kreditorları ilə keçirilmiş görüşdən dərhal sonra əvvəlcə "Fitch", ardınca bu gün "Moody’s" beynəlxalq reytinq agentliyinin ABB-nin reytinqlərini aşağı salmasına bir daha münasibət bildirib.

Bu gecə niyyət axşamıdır, sabah isə Ramazan ayının biridir

26 May 2017 16:17

Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi - niyyət gecəsidir. Gecənin əvvəlindən sübh azanına qədər istənilən vaxt qəlbdə niyyət etməklə hər bir müsəlman Ramazan ayına başlamış olur. Niyyəti həm hər ayrıca gün üçün, həm də bütün ay üçün etmək olar. Niyyət belə edilir (bütün Ramazan ayı üçün): "Bir ay Ramazan ayının orucunu tuturam, vacib qürbətən iləllah". Belə deyilsə, artıq digər gecələr niyyət edilməsinə lüzum yoxdur.

Mərdəkanda Uşaqların beynəlxalq müdafiəsi günü

26 May 2017 16:09

Rəqqasə Fatimə Fətəliyeva “Uşaqların beynəlxalq müdafiəsi günü” münasibəti ilə Mərdəkan mədəniyyət mərkəzində konsert proqramı ilə çıxış edib. Olaylar.az-a açıqlama verən ifaçı bildirib ki, uşaqlar evinin sakinlərinə həsr olunan konsertdə onunla yanaşı “Banu rəqs məktəbi”nin tələbələri də çıxış edib: “Hamı bilir ki, mən necə həssas bir insanam.

Yaqub Mahmudov: “Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir”

26 May 2017 16:03

“Azərbaycan müharibə şəraitində olmasına baxmayaraq, Cənubi Qafqazda lider dövlətdir”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov 28 may –Respublika Gününə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” adlı konfransda deyib.

BDU – nun IV kurs tələbəsinin kitabı təqdim edildi

26 May 2017 15:58

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin IV kurs tələbəsi Aysel Məmmədovanın “İblislə 20 gün” adlı psixoloji dedektiv romanının təqdimatı keçirilib. Universitetdən “Olaylar” – a bildirlib ki, jurnalistika fakültəsinin III kurs tələbəsi Loğman Kamranlı tədbiri açaraq təqdim olunan kitab haqqında qısa məlumat verərək, müəllif - Aysel Məmmədovanı təbrik edib. Təqdimat mərasiminin keçirilməsinə verdiyi dəstəyə görə BDU-nun rektoru, akademik Abel Məhərrəmova təşəkkür edən Loğman Kamranlı sözü kitabın müəllifi Aysel Məmmədovaya verib. Kitab haqqında yığcam, lakin maraqlı və məzmunlu məlumat verən Aysel Məmmədova auditoriyada “İblislə 20 gün”ə marağı artırıb.

Şahmar Əkbərzadə adına beynəlxalq mükafatın qalibləri bəlli oldu

26 May 2017 15:53

"VEKTOR" Beynəlxalq Elmlər Akademiyası tərəfindən həyata keçirilən Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatının növbəti laureatlarının mükafatlandırılması və ötən ilki laureatların kitablarının təqdimat mərasimi keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində baş tutan mərasimdə qardaş Türkiyə və Başqırdıstandan da nümayəndələr iştirak edib.Təqdimat mərasimində "VEKTOR" Beynəlxalq Elmlər Akademiyası Akademiyanın təsisçisi və prezidenti Elçin İsgəndərzadə, mükafatın ötən ilki laureatı, "Kaspi" qəzetinin təsisçici, yazıçı-publisist Sona Vəliyeva, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini dekanı, professor Cahangir Məmmədli, yazarlar və digərləri iştirak ediblər.